Icma.az
close
up
RU
WUF13 Azərbaycanın qlobal şəhərsalma diplomatiyasında yeni mərhələdir ŞƏRH

WUF13 Azərbaycanın qlobal şəhərsalma diplomatiyasında yeni mərhələdir ŞƏRH

Sia Az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Bakıda keçiriləcək BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) təkcə urbanistika və memarlıq sahəsində beynəlxalq tədbir deyil, həm də Azərbaycanın artan siyasi nüfuzunun, strateji diplomatiyasının və dayanıqlı inkişaf modelinin beynəlxalq səviyyədə təqdimatı kimi qiymətləndirilməlidir. Forumun məhz Bakıda təşkili ölkəmizin son illərdə qlobal tədbirlərin keçirilməsi sahəsində qazandığı etimadın növbəti təsdiqidir".

Bu sözləri SİA-ya açıqlamasında deputat Pərvin Kərimzadə deyib.

Onun sözlərinə görə, mayın 17-22-də keçiriləcək forumda 180 ölkədən 32 mindən çox iştirakçının qeydiyyatdan keçməsi WUF tarixində rekord göstərici hesab olunur:

"Bu fakt Azərbaycanın artıq regional deyil, qlobal platformaya çevrildiyini göstərir. COP29-dan sonra dünyanın diqqətinin yenidən Bakıya yönəlməsi Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan çəkisinin göstəricisidir. Xüsusilə BMT kimi nüfuzlu qurumun şəhərsalma gündəliyinin əsas müzakirə platformasını Azərbaycana etibar etməsi ölkəmizin dayanıqlı inkişaf siyasətinə verilən beynəlxalq qiymət kimi xarakterizə oluna bilər. Prezident İlham Əliyevin forumla bağlı hazırlıq prosesini xüsusi nəzarətdə saxlaması dövlətin bu tədbirə strateji yanaşmasının göstəricisidir. Bakı Olimpiya Stadionu ətrafında qurulan 53 hektarlıq əməliyyat zonası, minlərlə iştirakçının koordinasiyalı şəkildə idarə olunması, müasir media və logistika infrastrukturu Azərbaycanın beynəlxalq tədbirlərin təşkilində artıq institusional təcrübə formalaşdırdığını nümayiş etdirir.

Bu gün Azərbaycan öz inkişaf modelini beynəlxalq ictimaiyyətə uğurla təqdim edir. Xüsusilə işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən yenidənqurma layihələrinin forum çərçivəsində təqdim olunması mühüm siyasi mesaj daşıyır. Azərbaycan bu platformada təkcə dağıdılmış ərazilərin bərpasını deyil, həm də “ağıllı şəhər”, “ağıllı kənd”, yaşıl enerji və ekoloji urbanizasiya modelini nümayiş etdirəcək. Bu isə postmünaqişə dövründə Azərbaycanın region üçün yeni inkişaf konsepsiyası formalaşdırdığını göstərir. Əslində Qarabağda həyata keçirilən quruculuq prosesi artıq sırf daxili layihə deyil, beynəlxalq urbanizasiya nümunəsinə çevrilməkdədir. Otuz il ərzində dağıdılmış ərazilərdə qısa müddətdə müasir şəhər infrastrukturunun yaradılması dövlət idarəçiliyinin effektivliyini və siyasi iradənin gücünü nümayiş etdirir. Forum iştirakçılarının bu layihələrlə yaxından tanış olması Azərbaycanın postmüharibə reallıqlarını beynəlxalq auditoriyaya birbaşa çatdırmaq baxımından da mühüm əhəmiyyət daşıyır.

Forum çərçivəsində ölkənin mədəni irsinin, memarlıq ənənələrinin və milli urbanistik yanaşmalarının təqdim olunması Azərbaycanın beynəlxalq humanitar və mədəni diplomatiyasınının nümunələridir. “WUF13 Bulvarı”, “Urban Expo” zonaları, İçərişəhər motivləri və milli ornamentlərin tədbirin vizual konsepsiyasında istifadə olunması ölkənin milli kimliyini qlobal platformada daha tanıdılmasına da xidmət edir. Prezident İlham Əliyevin 2026-cı ili “Şəhərsalma və Memarlıq İli” elan etməsi də təsadüfi deyil. Bu qərar göstərir ki, Azərbaycan şəhərsalmanı yalnız tikinti sektoru kimi deyil, dövlətin uzunmüddətli strateji inkişaf istiqamətlərindən biri kimi qiymətləndirir. Bakı şəhərinin 2040-cı ilədək Baş Planı, çoxmərkəzli inkişaf modeli, regionlarda aparılan abadlıq və infrastruktur layihələri ölkədə yeni urbanizasiya mərhələsinin başlandığını göstərir.

Bu gün Azərbaycan urbanizasiya, iqlim dəyişiklikləri, dayanıqlı inkişaf və yaşıl enerji kimi qlobal çağırışlara cavab verən dövlətlər sırasında yer almağa çalışır. WUF13 isə bu siyasətin beynəlxalq legitimlik qazanmasına xidmət edən mühüm platformadır. Forumun Bakıda keçirilməsi həm də Cənubi Qafqaz və Mərkəzi Asiyanın qlobal şəhərsalma gündəliyində artan rolunun göstəricisidir.

Nəticə etibarilə, WUF13 təkcə beynəlxalq tədbir deyil, Azərbaycanın siyasi nüfuzunun, diplomatik imkanlarının və inkişaf modelinin qlobal təqdimatıdır. Bakı bu forum vasitəsilə bir daha sübut edir ki, Azərbaycan artıq yalnız enerji və geosiyasət ölkəsi deyil, eyni zamanda beynəlxalq urbanizasiya və dayanıqlı inkişaf gündəliyinin fəal iştirakçılarından biridir".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:358
embedMənbə:https://sia.az
archiveBu xəbər 15 May 2026 14:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see383

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see352

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see302

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see278

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see275

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see267

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see257

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see249

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see248

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see234

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see225

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see224

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see221

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see217

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see216

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see212

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see211

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see207

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see205

“PAŞA Sığorta”nın yeni mobil tətbiqi istifadəyə verilib

18 Noyabr 2026 12:12see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri