Icma.az
close
up
RU
WUF13 də Bakının dayanıqlı şəhər modeli müzakirə olunub KONKRET

WUF13 də Bakının dayanıqlı şəhər modeli müzakirə olunub KONKRET

Konkret.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

WUF13 çərçivəsində mayın 19-da “Yaşıl, dayanıqlı və inklüziv bərpaya doğru: Azərbaycanda Dayanıqlı Şəhərlər üzrə İcra Çərçivəsinin tətbiqi” mövzusunda tədbir keçirilib.

KONKRET.az azərtac-a istinadən xəbər verir ki, tədbir Bakının şəhərsalma və mənzil siyasəti kontekstində dayanıqlılıq və inklüzivlik prinsiplərinin tətbiqi, mövcud planlaşdırma yanaşmalarının təkmilləşdirilməsi və daha çevik idarəetmə modellərinə keçid imkanlarına həsr olunub.

ADA Universitetinin dosenti Anar Vəliyevin təşkilatçılığı ilə keçirilən tədbirdə əsas müzakirə sualı belə olub: “Bakının mənzil və planlaşdırma sistemi dayanıqlılığa və inklüzivliyə nail olmaq üçün daha mərkəzləşdirilməmiş yanaşma tələb edir?

Anar Vəliyev çıxışında şəhər planlaşdırmasında qlobal çağırışların artdığını, xüsusilə sürətli urbanizasiya, əhali artımı və iqlim dəyişikliklərinin şəhərlərin inkişaf strategiyalarına birbaşa təsir etdiyini bildirib. Onun sözlərinə görə, müasir şəhər idarəçiliyi yalnız infrastrukturun genişləndirilməsi ilə məhdudlaşmamalı, eyni zamanda sosial ədalət, əlçatanlıq və inklüzivlik kimi prinsipləri də özündə birləşdirməlidir.

O qeyd edib ki, Bakı kimi sürətlə inkişaf edən şəhərlərdə mənzil təminatı və planlaşdırma sistemləri daha balanslı və çevik mexanizmlər üzərində qurulmalıdır. O, xüsusilə mərkəzləşdirilmiş idarəetmə modelinin bəzi hallarda qərarvermə prosesini ləngidə biləcəyini, bu səbəbdən daha çox yerli iştirakçılığa əsaslanan, çoxsəviyyəli və koordinasiyalı yanaşmanın əhəmiyyətini vurğulayıb.

Çıxışda, həmçinin şəhər inkişafının yalnız fiziki tikinti və infrastruktur layihələri ilə deyil, sosial inteqrasiya, yaşayış keyfiyyəti və ictimai məkanların əlçatanlığı ilə ölçülməli olduğu diqqətə çatdırılıb. Dosent bildirib ki, dayanıqlı şəhər modeli üçün dövlət, özəl sektor və akademik mühit arasında əməkdaşlığın gücləndirilməsi vacibdir.

Sual-cavab formatında davam edən müzakirələrdə iştirakçılar Bakının mövcud şəhərsalma yanaşmalarını təhlil edərək, daha dayanıqlı şəhər modelinə keçid üçün mümkün islahat istiqamətləri barədə fikir mübadiləsi aparıblar. Xüsusilə mənzil siyasətində inklüziv yanaşmaların genişləndirilməsi, şəhər periferiyalarının inkişafı və ictimai xidmətlərin bərabər paylanması kimi məsələlər ön plana çıxıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:206
embedMənbə:https://konkret.az
archiveBu xəbər 19 May 2026 11:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see383

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see352

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see302

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see278

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see275

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see267

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see257

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see249

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see248

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see234

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see225

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see224

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see221

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see217

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see216

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see212

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see211

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see207

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see205

“PAŞA Sığorta”nın yeni mobil tətbiqi istifadəyə verilib

18 Noyabr 2026 12:12see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri