Icma.az
close
up
RU
WUF13 də Kahramanmaraşda salınan “Azərbaycan məhəlləsi”nin layihəsi təqdim olunub

WUF13 də Kahramanmaraşda salınan “Azərbaycan məhəlləsi”nin layihəsi təqdim olunub

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 18 may, AZƏRTAC

Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində Türkiyə pavilyonunda Kahramanmaraş vilayətində salınan “Azərbaycan məhəlləsi”nin layihəsi təqdim edilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Türkiyənin Kütləvi Mənzil Layihələri və Tədqiqat Mərkəzi şöbəsinin müdiri Ahmet Kutlu Gayretli Kahramanmaraşda yerləşən “Azərbaycan məhəlləsi”ndə ticarət obyektlərinin, ofislərin, idman zalının, mədəniyyət mərkəzinin və ticarət mərkəzinin (AVM) fəaliyyət göstərdiyini bildirib.

Onun sözlərinə görə, kompleksin ərazisində Heydər Əliyev adına məktəb də yer alır və bu məkan artıq Kahramanmaraşın ən gözəl və sürətlə inkişaf edən yaşayış ərazilərindən birinə çevrilib.

Qeyd olunub ki, Türkiyənin TOKİ layihəsi çərçivəsində zəlzələdən sonra Kahramanmaraşda “Azərbaycan məhəlləsi” adlanan ərazidə genişmiqyaslı yenidənqurma işləri həyata keçirilib. Layihə çərçivəsində 1223 yaşayış evi, 1789 ticarət obyekti, 464 ofis, mədəniyyət mərkəzi və Heydər Əliyev adına məktəb inşa olunub.

Bildirilib ki, həmçinin meydanların və digər ictimai məkanların təşkili ilə bağlı qərarlar da yekunlaşdırılıb. Layihənin əsas məqsədi təhlükəsiz, müasir və sosial ehtiyaclara cavab verən yaşayış mühitinin formalaşdırılmasıdır.

Beləliklə, “Azərbaycan məhəlləsi” layihəsi təkcə müasir şəhərsalma yanaşmasının nümunəsi olmaqla kifayətlənmir, eyni zamanda, Azərbaycan ilə Türkiyə arasında qardaşlığın və həmrəyliyin real təcəssümü kimi çıxış edir. Layihə zəlzələdən zərər çəkmiş ərazilərdə dayanıqlı və komfortlu yaşayış mühitinin yaradılması istiqamətində atılan mühüm addımlardan biri kimi qiymətləndirilir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:123
embedMənbə:https://azertag.az
archiveBu xəbər 18 May 2026 15:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see319

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see319

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see316

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see312

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see294

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see293

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see278

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see275

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see269

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see269

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see267

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see265

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see259

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see256

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see254

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see243

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see240

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see235

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see219

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see211
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri