Icma.az
close
up
RU
WUF13 də OECD nin “Local Data Portal” platformasının yeni versiyası təqdim ediləcək Açıqlama

WUF13 də OECD nin “Local Data Portal” platformasının yeni versiyası təqdim ediləcək Açıqlama

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 14 may, AZƏRTAC

Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) tərəfindən dayanıqlı şəhər inkişafı, iqlim dayanıqlılığı, mənzil siyasəti və məlumat əsaslı şəhər idarəçiliyinə həsr olunmuş bir sıra tədbirlər təşkil ediləcək. OECD proqramı mayın 19-da “Şəhər sərgisi” çərçivəsində “Biznes və İnnovasiya Mərkəzi” məkanında keçiriləcək “Məlumatdan tətbiqə: Şəhərlərin və investorların praktik şəhər məlumatları ilə gücləndirilməsi” adlı sessiya ilə başlayacaq. Sessiyada şəhər məlumatlarının daha səmərəli investisiya qərarlarının qəbulunda və yerli idarəetmənin effektivliyinin artırılmasında rolu müzakirə olunacaq.

Bu barədə AZƏRTAC-a açıqlamasında gənc azərbaycanlı alim Sona Quliyeva məlumat verib.

Onun sözlərinə görə, tədbirlər beynəlxalq ekspertləri, siyasətçiləri, tədqiqatçıları və yerli tərəfdaşları bir araya gətirəcək.

“Tədbirin əsas məqamlarından biri İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının “Yerli məlumat portalı” platformasının yenilənmiş versiyasının təqdimatı olacaq. Sessiyada Azərbaycanın “AZGREEN mühəndislik və ətraf mühit xidmətləri” şirkətinin də iştirakı nəzərdə tutulur. Mayın 20-də isə OECD tərəfindən “Təbiətə uyğun şəhərlərin qurulması: Mənzil, dayanıqlılıq və davamlı şəhər gələcəyi” adlı sessiya keçiriləcək. Tədbirdə dayanıqlı mənzil siyasəti, iqlim dayanıqlılığı və təbiətə uyğun şəhər inkişafı ilə bağlı İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının yeni hesabatı təqdim olunacaq”, - deyə Sona Quliyeva bildirib.

Sona Quliyeva qeyd edib ki, həmçinin mayın 20-də İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı və Azərbaycan Respublikasının Kosmik Agentliyi – “Azərkosmos” ilə tərəfdaşlıq çərçivəsində “Şəhərlərin daha keyfiyyətli məlumatlarla gücləndirilməsi – siyasət və qərar qəbulu üçün əlçatan və praktik məlumatlar” adlı tədbir də təşkil ediləcək. Sessiyada əlçatan və etibarlı məlumatların, rəqəmsal innovasiyaların və geoməkan texnologiyalarının ağıllı və dayanıqlı şəhər idarəçiliyində rolu müzakirə ediləcək.

Bundan başqa, “Dayanıqlı İnkişaf Məqsədlərinin lokallaşdırılması üzrə qlobal qiymətləndirmə – davamlı şəhərlər üçün iqlim və mənzil əlaqəsi” adlı sessiyada iqlim fəaliyyəti, mənzil siyasəti və Dayanıqlı İnkişaf Məqsədlərinin lokallaşdırılması arasındakı əlaqələrə dair fikir mübadiləsi aparılacaq.

Sona Quliyeva qeyd edib ki, bu müzakirələr beynəlxalq dialoqun gücləndirilməsi, təcrübə və fikir mübadiləsinin təşviqi baxımından mühüm əhəmiyyət daşıyır. Onun sözlərinə görə, WUF13 Bakının dayanıqlı şəhər inkişafı və innovasiya sahəsində qlobal əməkdaşlıq platforması kimi rolunu daha da möhkəmləndirir.

Qeyd edək ki, WUF13 üçün qeydiyyat rəsmi platforma vasitəsilə davam edir.

Müxbir – Pərvanə Qafarova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:202
embedMənbə:https://azertag.az
archiveBu xəbər 14 May 2026 19:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see363

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see340

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see279

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see273

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see270

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see269

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see263

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see256

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see253

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see249

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see241

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see238

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see238

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see236

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see235

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see228

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see224

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see224

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see208

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri