WUF13 də şəhər hakimiyyətlərinin iqlim gündəliyində rolu qeyd edilib
Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.
Bakı, 21 may, AZƏRTAC
Mayın 21-də WUF13 çərçivəsində “One UN” zalında keçirilən “Aşağıkarbonlu mənzil - milli siyasətdən yerli fəaliyyətə” mövzusunda panel müzakirəsində Berlin şəhərinin planlaşdırma senatının üzvü Lars Lebner şəhərlərin iqlim məqsədlərinə çatmaqda əsas rolunu vurğulayıb.
O qeyd edib ki, tikinti sektorunun karbon emissiyalarının ən böyük mənbələrindən biri olduğunu nəzərə alaraq, Almaniya paytaxtının meriyası hazırda iqlim dəyişikliyinə qarşı mübarizənin ön sıralarında yer alır. Natiq enerjiyə qənaət edən dizayn, ictimai nəqliyyatın inkişafı və dayanıqlı yaşayış sahələrinin yaradılması da daxil olmaqla hərtərəfli yanaşmanın vacibliyini vurğulayıb. Lebner bildirib ki, aşağıkarbonlu layihələrin uğurla həyata keçirilməsi dövlət qurumları, müəssisələr və yerli icmalar arasında sıx əməkdaşlıq tələb edir. Ekspert diqqətə çatdırıb ki, dayanıqlı mənzilə investisiyalar həyat keyfiyyətini yaxşılaşdıra və şəhərlərin ekoloji dayanıqlığını artıra bilər.
Müxbir - Vüqar Seyidov
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:119
Bu xəbər 21 May 2026 14:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















