Icma.az
close
up
RU
Menu

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

Bakıda 28 istiqamətdə sıxlıq var

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

Xırdalan və Abşeronun bir sıra yaşayış məntəqələrinin yolları yenilənəcək Siyahı

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

Evdəki adi əşyalar uşağın həyatını təhlükəyə ata bilər Həkimdən xəbərdarlıq

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

57 yaşlı Cennifer Lopez belə formada qalır

“WUF13 gündəmi: “Azərbaycan dünyaya yaşıl gələcək çağırışı edir”

“WUF13 gündəmi: “Azərbaycan dünyaya yaşıl gələcək çağırışı edir”

Icma.az, Gununsesi saytına istinadən bildirir.

Azərbaycanın təşkilatçlığı ilə Bakıda təşkil olunmuş World Urban Forum 13 (WUF13) uğurla davam edir.

Qeyd edək ki, şəhərləşmə, dayanıqlı inkişaf, urbanizasiya məsələlərinə həsr olunmuş və dünyanın ən böyük beynəlxalq platformalarından biri olan WUF13-ün Bakıda keçirilməsi dünyanın diqqətini Azərbaycan yönəldib.

Forumun Bakı şəhərində keçirilməsinin ölkəmiz üçün hansı siyasi, iqtisadi və sosial faydaları olacaq?

Gununsesi.info -ya danışan “Bakı və Regionların Birgə İnkişafı” Platforması İctimai Birliyinin sədri Təbriz Ağayev bildirib ki, 182 ölkədən 45 mindən artıq nümayəndənin qeydiyyatdan keçdiyi, nüfuzlu dünya ölkələrinin nümayəndələrinin iştirak etdiyi mötəbər tədbir bir sıra aspektdən ölkəmiz üçün faydalı olacaq:

“Əvvəla, qlobal iqlim dəyişikliyi ilə mübarizə dövründə bu cür nüfuzlu platformalarda müzakirələrin açılması, urbanizasiyanın yaratdığı problemlərin, iqlim dəyişikliyi, ekoloji təhlükəsizlik, ağıllı şəhərlər, yaşıl nəqliyyat, sosial bərabərlik kimi aktual məsələlərin qlobal beyin mərkəzlərinin gündəminə gəlməsi yaxşı haldır.

Urban forumu BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsinə dəstək verir. Bu platforma üzərindən keçirilən müzakirələrdə dünya ölkələrin hökumət nümayəndələri, şəhərsalma üzrə ekspertlər, ekoloqlar qabaqcıl təcrübələrini bölüşür, dövlətlər, təşkilatlar arasında yeni əməkdaşlıq imkanları yaranır. Mənim diqqətimi çəkən forumda yaşıl enerji, tullantıların, su ehtiyatlarının səmərəli idarə olunması və şəhərsalmada ekoloji düşüncəyə əsaslanan texnologiyaların tətbiqi məsələlərinin diqqətdə saxlanmasıdır.

World Urban Forum 13 kimi nüfuzlu beynəlxalq tədbirlər şəhərsalma, rəqəmsal texnologiyalar, ağıllı şəhər modelləri və müasir infrastruktur layihələri sahəsində Azərbaycanın qazandığı təcrübənin dünyaya tanıdılması baxımından da mühüm fürsətdir. Bu cür qlobal platformalar vasitəsilə Azərbaycan son illərdə həyata keçirdiyi genişmiqyaslı quruculuq, tikinti və yenidənqurma layihələrini dünya ölkələrinə təqdim etmək imkanı qazanır.
Xüsusilə işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyaları ölkəmizin müasir şəhərsalma sahəsində formalaşdırdığı yeni inkişaf modelini nümayiş etdirir. Obrazlı desək, Azərbaycan dünyaya yaşıl gələcək çağırışı edir. Ölkəmizdə yaradılan rəqəmsal idarəetmə sistemləri, alternativ enerji mənbələrindən istifadə, ekoloji nəqliyyat infrastrukturu, yaşıl zonaların yaradılması və dayanıqlı tikinti layihələri beynəlxalq mütəxəssislərin marağına səbəb olur. Forumda iştirak edən xarici qonaqlar Azərbaycanın tətbiq etdiyi müasir şəhərsalma modelləri və icra olunan layihələrin sosial və ekoloji üstünlükləri ilə yaxından tanış olurlar. Bu gün Azərbaycan təkcə enerji və geosiyasi baxımdan deyil, həm də innovativ şəhərsalma modelləri ilə, yaşıl yanaşması ilə diqqəti çəkir. Bu cür nüfuzlu platformalar həmçinin qlobal şirkətlər, şəhərsalma qurumları ilə yeni əməkdaşlıq imkanları açır.

Təbriz Ağayev bildirib ki, bu cür tədbirlərin Bakıda təşkil olunması ölkəmizə olan marağı artırır, Azərbaycanın beynəlxalq nüfuzunu gücləndirir: “Azərbaycan 2024-cü ildə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası Tərəflərinin 29-cu Konfransına uğurla ev sahibliyi edib, bu il World Urban Forum 13-ü də uğurla təşkil edib. Bu tədbir ölkəmizin mühüm beynəlxalq tədbirlərə ev sahibliyi etmək imkanlarını göstərir, ölkənin beynəlxalq əlaqələrinin genişlənməsinə səbəb olur”.

QHT sədrinin sözlərinə görə, WUF13 kimi nüfuzlu beynəlxalq tədbirlər şəhərsalma, rəqəmsal texnologiyalar, ağıllı şəhər modelləri və müasir infrastruktur layihələri sahəsində Azərbaycanın qazandığı təcrübənin dünyaya tanıdılması baxımından da önəmlidir.

“Son illər Azərbaycanda-Bakı, Gəncə, Sumqayıt, Xırdalan kimi iri şəhərlərdə, o cümlədən işğaldan azad olunmuş Qarabağda və Şərqi Zəngəzurda ekoloji texnologiyalara əsaslanan, insanyönlü modern şəhərsalma layihələri icra olunur. “Ağıllı şəhər”, “ağıllı kənd” modelləri tətbiq edilir. Nəqliyyat infrastrukturu yaşıl texnologiyalara əsaslanaraq yenidən qurulur. İri şəhərlərin küçə və meydanları insan yönümlü olaraq təşkil edilir. Bakıda yaşıl nəqliyyata keçid istiqamətində mühüm addımlar atılıb. Bu gün paytaxtımızda 140 kilometrdən çox avtobus zolağı və 80 kilometr uzunluğunda velosiped yolu yaradılıb. Marşrut xəttlərinə elektriklə işləyən avtobuslar buraxılıb. Bakıda yaxın perspektivdə yeni nəqliyyat növlərinin, o cümlədən kanat yolu və tramvay xətlərinin yaradılması nəzərdə tutulur. WUF13 çərçivəsində keçirilən tədbirdə çıxışında Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov paytaxt sakinlərini sevindirəcək daha bir layihənin anonsunu verib. O, qeyd edib ki, hazırda paytaxtda ictimai nəqliyyat sisteminin inkişafı istiqamətində geniş işlər aparılır. Merin sözlərinə görə, Bakıda yaxın perspektivdə yeni nəqliyyat növlərinin, o cümlədən kanat yolu və tramvay xətlərinin yaradılması nəzərdə tutulur. Bu layihə şəhərdə mobilliyin artırılmasına, nəqliyyat sıxlığının azaldılmasına və ekoloji vəziyyətin yaxşılaşdırılmasına səbəb olacaq”.

Şəbnəm Rəhimova

Gununsesi.info 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:158
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 20 May 2026 16:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see313

Bakıda 28 istiqamətdə sıxlıq var

25 Noyabr 2026 18:26see310

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see305

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see302

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

25 Noyabr 2026 20:04see280

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see266

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

25 Noyabr 2026 22:36see264

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see260

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see254

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

25 Noyabr 2026 21:11see254

Xırdalan və Abşeronun bir sıra yaşayış məntəqələrinin yolları yenilənəcək Siyahı

25 Noyabr 2026 18:36see252

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see250

Evdəki adi əşyalar uşağın həyatını təhlükəyə ata bilər Həkimdən xəbərdarlıq

25 Noyabr 2026 22:56see237

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see231

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see225

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see224

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see213

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see212

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see195

57 yaşlı Cennifer Lopez belə formada qalır

26 Noyabr 2026 17:27see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri