WUF13: Lənkəranda məlumatlandırma sessiyası... Foto
Icma.az bildirir, Axar.az portalına istinadən.
Mayın 2-si ölkə ictimaiyyətinin Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyası (WUF13) haqqında maarifləndirilməsi məqsədi ilə Lənkəran şəhərində davam edən WUF13 Festivalı çərçivəsində məlumatlandırma sessiyası keçirilib.
Axar.az xəbər verir ki, WUF13 ilə bağlı məlumatlandırma sessiyası Lənkəran Dövlət Universitetində təşkil edilib. Sessiyada universitetin və onun nəzdində olan Sosial və Aqrar-Texnoloji Kollecin müəllim-tələbə heyəti iştirak edib.
Tədbirdə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Sehran Alışov, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəsmi nümayəndəsi Ramiz İdrisoğlu, WUF13 Azərbaycan Əməliyyat Şirkətinin məzmun və media əlaqələri üzrə baş meneceri Eldar Rəsulov çıxış edərək WUF13 barədə ətraflı məlumat veriblər. Çıxışlarda WUF13-ün ölkəmiz üçün əhəmiyyəti və onun çərçivəsində müzakirə olunacaq əsas mövzular diqqətə çatdırılıb.
Sehran Alışov çıxış edərək qeyd edib ki, Böyük İpək Yolunun üzərində yerləşən Lənkəran şəhəri tarixi və mədəni irsini qoruyur və müasir tikililəri memarlıq abidələri ilə harmonik şəkildə vəhdət təşkil edir.
Son illər Lənkəranda əhalinin sayının və urbanizasiya prosesinin sürətlə artdığını vurğulayan Sehran Alışov bildirib ki, şəhərdə müasir yaşayış binaları inşa olunur, tarixi abidələrdə bərpa işləri aparılır, abadlıq səviyyəsi yüksəldilir və yeni parklar salınır.
Ramiz İdrisoğlu Azərbaycanın müasir şəhərsalma siyasəti, bu istiqamətdə ölkəmizdə görülməkdə olan işlər, həmçinin şəhər planlaşdırılmasında məşğulluq, inklüzivlik və mobillik imkanları və yeni yanaşmalar barədə məlumat verib.
Eldar Rəsulov gəncləri 17–22 may 2026-cı il tarixlərində Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasına (WUF13) dəvət edib.
WUF13 Festivalı axşam saat 18:00-da açıq havada keçiriləcək ictimai proqramla davam edəcək.
Proqram çərçivəsində interaktiv fəaliyyətlər, maarifləndirici oyunlar, təqdimatlar və ictimai müzakirələr vasitəsilə dayanıqlı şəhər inkişafı, inklüziv şəhər mühiti, innovativ şəhər həlləri və gələcəyin şəhərləri kimi mövzular geniş auditoriyaya çatdırılacaq. Eyni zamanda, WUF13-ün əsas mövzusu və ideyaları barədə ətraflı məlumat təqdim olunacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:149
Bu xəbər 02 May 2026 15:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















