Icma.az
close
up
RU
WUF13 proqramı ictimaiyyətə təqdim olunub

WUF13 proqramı ictimaiyyətə təqdim olunub

Icma.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

17–22 may 2026-cı il tarixlərində Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasının (WUF13) əsas tədbirlərini əhatə edən proqram artıq ictimaiyyətə təqdim olunub.

Bu barədə APA-ya WUF13 Əməliyyat Şirkətindən məlumat verilib.

Sözügedən proqram dünyanın ən aktual çağırışlarından biri olan mənzil təminatı məsələsini müzakirə etmək üçün müxtəlif maraqlı tərəflərin və həmfikir qrupların nümayəndələrini WUF13 çərçivəsində bir araya gətirir.

“Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri” mövzusuna həsr olunmuş WUF13 tədbiri dayanıqlı şəhər inkişafı ilə bağlı həllər ətrafında fikir mübadiləsi, siyasi yanaşmaların formalaşdırılması və fəaliyyətlərin sürətləndirilməsi üçün müxtəlif dünya ölkələrinin milli hökumətlərini, eləcə də icmalar, mütəxəssislər və tərəfdaşları bir arada toplayacaq.

Proqram praktik və həll yönümlü platformalar, eləcə də interaktiv görüş formatları vasitəsilə yüksək səviyyəli müzakirələr aparılmasına imkan yaradır və qlobal siyasətin yerli təcrübəyə söykənməsini təmin edir.

Hər bir kateqoriya haqqında daha ətraflı məlumat əldə etmək və WUF13 tədbirinin tam proqramı ilə tanış olmaq üçün bu linkə keçid edə bilərsiniz: https://wuf.unhabitat.org/main-events

Dialoqlar: qlobal mənzil gündəliyinin formalaşdırılması

Qlobal müzakirələrin istiqamətini müəyyən edən yüksək səviyyəli dialoqlar WUF13 proqramının əsasını təşkil edir. Bu dialoqlar çərçivəsində mənzil təminatının inklüzivlik, davamlılıq və şəhər sistemləri ilə əlaqəsi araşdırılacaq. Bununla yanaşı, dialoqların hər biri mənzil təminatının bir mühüm aspektini müzakirəyə çıxaracaq:

• Qlobal mənzil böhranı: Çıxış yolu nədir?

• Qeyri-rəsmi yaşayış məntəqələri və gecəqonduların transformasiyası

• Böhran sonrası şəhərlərin bərpası və yenidən qurulmasında mənzil təminatı

• İqlim və mənzil siyasəti arasındakı əlaqə

• Mənzil təminatının sosial və iqtisadi təsiri

• Mənzil təminatının maliyyələşdirilməsi üzrə yeni yanaşmalar

Bu müzakirələrin məqsədi qlobal problemləri praktiki həll variantları və müştərək öhdəliklərlə əlaqələndirməkdir.

Xüsusi sessiyalar: mühüm əhəmiyyət kəsb edən şəhərsalma məsələlərinin ətraflı müzakirəsi

Xüsusi sessiyalar çərçivəsində iqlimə uyğunlaşma, mənzil təminatı, qeyri-rəsmi yaşayış əraziləri, şəhərlərin yenilənməsi, rəqəmsallaşma, maliyyələşdirmə mexanizmləri və inklüziv şəhər inkişafı kimi mövzular diqqət mərkəzindədir.

Bu sessiyalar daha spesifik müzakirələr üçün platforma yaratmaqla müxtəlif regionların təcrübə, tərəfdaşlıq əlaqələri və innovativ yanaşmalarını nümayiş etdirir.

• Mənzil təminatı qlobal koalisiyaların diqqət mərkəzində

• WUF13 ev sahibi ölkənin xüsusi sessiyası

• Sağlam evlərin nəbzi

• Afrikada əlçatan mənzil təminatı (investorlar üçün kompakt sövdələşmə otağı formatında xüsusi sessiya)

• Şəhərlər oyun məkanı kimi

• Mədəni irs və inklüziv urbanistik regenerasiya - Yeni baxış

• Tullantıların idarə edilməsindən dairəvi iqtisadiyyata doğru

• “Təmas xətlərindən” hekayələr: Şəhər iqlim irsinin inkişafı

• Kiçik inkişaf etməkdə olan ada dövlətlərində inklüziv urbanistik davamlılıq, “mavi” iqtisadiyyat və dayanıqlı turizm

• WUF13 xüsusi yekun sessiyası

Assambleyalar: kollektiv səslərin gücü

Assambleyalar müxtəlif həmfikir qrupların bir araya gəlməsi və öz rolları barədə fikir bildirməsi, eləcə də qlobal şəhərsalma gündəliyi çərçivəsində ortaq prioritetləri ifadə etməsi üçün xüsusi platformalar yaradır. Assambleyalar əsas şəhərsalma məsələləri ətrafında fikir mübadiləsi aparmaq üçün yerli və regional hökumətlərin, yerli səviyyədə fəaliyyət göstərən və icma əsaslı təşkilatların, habelə qadınlar, gənclər, biznes dairələri və sənaye sahələrinin təmsilçilərini, o cümlədən parlament nümayəndələrini bir araya gətirəcək.

Bu qruplar arasında dialoqu təşviq etməklə, assambleyalar müxtəlif rəylərin tədbirin nəticələrində əks olunmasına töhfə verəcək və dayanıqlı şəhər inkişafı üzrə kollektiv təşviqatı gücləndirəcəkdir.

Dəyirmi masalar: dialoqdan fəaliyyətə keçid

Forumda həmçinin dəyirmi masalar - tərəfdaş və həmkarları əsas şəhərsalma məsələləri ilə bağlı fikir mübadiləsi aparmaq üçün bir araya gətirən fəaliyyət yönümlü sessiyalar təşkil olunacaq. Bu müzakirələr ortaq mövqelərin müəyyənləşdirilməsi və formalaşan yeni çağırışlar ilə mübarizə aparmaq məqsədilə mümkün variantların araşdırılması üçün platforma funksiyasını yerinə yetirməklə yanaşı, inklüzivliyin və bərabər səviyyədə qarşılıqlı öyrənmənin dəyərini nümayiş etdirən layihə, təşəbbüs və elmi tədqiqat fəaliyyətlərini təqdim edəcək.

Dəyirmi masalar konkret həmfikir qrup və ya tematik sahəyə həsr olunan 12 sessiyadan ibarətdir:

• Vahid BMT

• Yerli və regional hökumətlər

• Biznes təşkilatları

• Qadınlar

• Əlilliyi olan şəxslər

• Parlament nümayəndələri

• Akademik dairələr

• Uşaqlar və gənclər

• Peşəkarlar

• Yerli səviyyədə fəaliyyət göstərən və vətəndaş cəmiyyəti təşkilatları

• Yerli xalqların hüquqları

• Yaşlı şəxslərin hüquqları

WUF13-ün tam proqramı ilə tanış olun və qlobal mənzil təminatı mövzusunun təşviqinə töhfə vermək üçün tədbirdə iştirak edin.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:87
embedMənbə:https://apa.az
archiveBu xəbər 06 May 2026 10:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see310

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see301

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see293

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see285

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see282

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see273

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see264

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see250

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see247

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see244

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see237

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see222

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see220

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see217

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see209

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see208

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see196

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see180

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see176

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri