“X“ sosial şəbəkəsində qlobal fasilə yaranıb
Moderator.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Qlobal miqyasda məşhur olan "X" sosial şəbəkəsinin fəaliyyətində kütləvi nasazlıqlar yaranıb. Dünyanın dörd bir yanından olan istifadəçilər platformanın işində yaranan çətinliklərlə bağlı şikayətlər ediblər.
Moderator.az xəbər verir ki, mövcud problemlər internet resurslarının işini izləyən "Downdetector" portalının rəsmi statistikasında da öz əksini tapıb.
Portal təkcə ABŞ ərazisindən "X" platformasındakı nasazlıqla əlaqədar 23 mindən artıq müraciət qeydə alıb. Bununla yanaşı, Böyük Britaniyadan 11 mindən çox, Kanadadan isə 4 minə yaxın şikayət daxil olub.
Həmçinin Almaniya, Fransa, İspaniya, Yeni Zelandiya, Avstraliya, İndoneziya və bir sıra digər dövlətlərdən olan istifadəçilər də sosial şəbəkənin işindəki problemlər barədə xəbər veriblər.
Baxış sayı:125
Bu xəbər 26 Mart 2026 15:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















