Xabi Alonso “Real Madrid”dən göndərildi
Qafqazinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
“Real Madrid” rəhbərliyi “Barselona” ilə keçirilən “El Klassiko”dakı məğlubiyyətdən sonra baş məşqçi Xabi Alonso ilə yollarını ayırıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Madrid təmsilçisi rəsmi bəyanat yayıb.
Klubun açıqlamasında Xabi Alonsonun “Real”ın əsl əfsanəsi olduğu, hər zaman madridistlərin sevgi və heyranlığını qazanacağı vurğulanıb. Rəhbərlik 44 yaşlı mütəxəssisə göstərdiyi xidmətlərə görə təşəkkür edib və gələcək karyerasında ona uğurlar arzulayıb.
Xatırladaq ki, Xabi Alonso 2025-ci ilin yayında Karlo Ançelottini əvəzləyərək “kral klubu”nun sükanı arxasına keçmişdi.
İspaniyalı mütəxəssisin göndərilməsinə əsas səbəb ötən gün Səudiyyə Ərəbistanının Ciddə şəhərində baş tutan İspaniya Superkuboku çərçivəsindəki “El Klassiko”da “Barselona”ya 3:2 hesablı məğlubiyyət olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:51
Bu xəbər 12 Yanvar 2026 21:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















