Icma.az
close
up
RU
Xabi Alonsonun göndərilmə səbəbləri Real Madrid in yeni baş məşqçisi kimdir?

Xabi Alonsonun göndərilmə səbəbləri Real Madrid in yeni baş məşqçisi kimdir?

Icma.az bildirir, Olke.az saytına əsaslanaraq.

Xəbər verdiyimiz kimi, "Real Madrid"in baş məşqçisi Xabi Alonso "Barselona" ilə oyunda məğlubiyyətdən sonra komanda ilə yolunu ayırdı.

Ölkə.Az xəbər verir ki, onun son zamanlar daxildə bəzi futbolçularla qalmaqal yaşaması, həmçinin qurduğu oyun üslubu son zamanlar diqqət çəkən mövzulardan idi.

Jurnalist Pepe Alvares bildirib ki, ispaniyalı mütəxəssis Xabi Alonsonun futbolçular arasında istədiyi hörməti qazana bilməməsi və onun klub rəhbərliyi tərəfindən lazımı dəstəyi almaması “Real”dan ayrılması ilə nəticələnib.

Yerli "CBC Sport" telekanalında yayımlanan "90 dəqiqə" verilişinin şərhçiləri də ispaniyalı mütəxəssisin oyun üslubuna tənqidi yanaşıblar.

Aparıcı Aidə Əliyevanın sözlərinə görə Xabi Alonsonun təəccübləndirmək istəyi səhvlərlə nəticələnib: "Belə bir deyim var: sən ən çox təəccübləndirmək istəyəndə səhvə yol verirsən. Məncə, Xabi Alonsoda bu oldu. Birincisi, "Atletiko Madrid" və ondan öncə "Betis"lə oyunununda "Real Madrid"in sanki tempə uyğunlaşdığı görürnürdü, klub öz oyununu oynayırdı. "Barselona" ilə matçda elə bil nəsə baş vermişdi. Valverdeni dayaqda oynayan futbolçu, Trendin (Aleksandr) yerində idi. Tçuameni mərkəzə gəldi, Raul Asensio cinahda və s. -  o qədər xaotik idi". 

Verilişin digər şərhçisi Nurlan Valehoğlu "Real Madrid"də komanda oyununun yaranmadığından bəhs edib: "Həmin iki matçda "Real Madrid" rəqibə görə yox, öz oyununu oynadı və qələbə qazandı. "Barselona"ya qarşı isə Xabi Alonso düşündü ki, rəqibə görə heyət qursun. Bu da futbolçuların bir neçəsinin mövqe və vəzifə dəyişikliyi ilə nəticələndi. Həmin oyunda "Real Madrid"in qollarına baxırsan, biri standart vəziyyətin davamı, digəri fərdi ustalıq sayəsində idi. Davamlı hücumdan vurulmadı. Bu, komanda oyunu deyil. Komanda şəklində müdafiə olunmaqda da axsadılar. Orta sahədə qopuqluq həddindən artıq idi. Digər tərəfdən

Qeyd edək ki, "Real" baş məşqçisi Xabi Alonso ilə yollarını ayırdıqdan dərhal sonra yeni çalışdırıcısını açıqlayıb. Klub sabiq futbolçu Alvaro Arbeloaya tapşırılıb.

O, 2009-2016-cı illərdə futbolçu kimi "Real"ın şərəfini qoruyan və 200-dən çox oyuna çıxan Arbeloa 2020-ci ildə məşqçi kimi kluba qayıdıb. O, akademiyada ("La Fabrika") aşağı yaş qrupları ilə, xüsusilə "Juvenil A" ilə qazandığı uğurlar sayəsində diqqət çəkib. Ötən yay isə o, digər klub əfsanəsi Raul Qonsalesi əvəzləyərək "Kastilya"nın (əvəzedici komanda) baş məşqçisi təyin edilmişdi. Rəhbərlik onun qısa müddətdəki fəaliyyətini yüksək qiymətləndirərək əsas komandanı ona etibar edib.

Arbeloa yeni vəzifəsində ilk sınağına bu həftə çıxacaq. Madrid təmsilçisi 15 yanvarda İspaniya Kubokunun 1/8 final mərhələsində "Albasete" ilə qarşılaşacaq.

Qeyd edək ki, Xabi Alonsonun qurduğu komandada müdafiə xəttindəki boşluqlar və komandanın böyük oyunlarda ardıcıl xal itkiləri Florentino Peresi bu radikal addımı atmağa məcbur edib. Statistik göstəricilərə görə, Alonsonun dönəmində komanda hər oyuna orta hesabla 1.4 qol buraxmaqla son illərin ən zəif müdafiə performanslarından birini sərgiləyirdi.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:44
embedMənbə:https://olke.az
archiveBu xəbər 13 Yanvar 2026 11:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see196

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see194

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see193

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see191

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see184

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see171

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see167

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see164

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see164

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see161

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see156

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see152

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see148

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see147

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see145

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see139

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see139

İsraillə Almaniya arasında təhlükəsizlik sahəsində strateji əməkdaşlıq bəyannaməsi imzalandı

12 Yanvar 2026 03:43see137

ABŞ lı analitikdən diqqətçəkən paylaşım FOTO

11 Yanvar 2026 22:26see132

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri