Xabi kimi baş məşqçimin olmağı məni xoşbəxt edir
Icma.az bildirir, Qol.az portalına istinadən.
“Real”ın hücumçusu Vinisius Junior klublararası dünya çempionatının qrup mərhələsinin 3-cü turunda “Zalsburq”la oyundan (3:0) sonra fikirlərini bölüşüb.
QOL.az xarici KİV-ə istinadən xəbər verir ki, braziliyalı futbolçu deyib:
“Rəqibə təzyiq etmək müdafiənin əsas açar nöqtəsidir. Bu, Xabi Alonsonun hər gün bizə izah etdiyi məqamdır. Son iki həftə bizim üçün çox yaxşı keçdi. Komanda daha yığcam oynamağa başladı.
“Real” mənim həyatımın klubudur! Burada hələ çox-çox il keçirməyi arzulayıram. Bu klubu sevirəm, hər şeyə görə “Real”a borcluyam. Təzyiq və tənqidlər mənim üçün problem deyil. Bu klubda, Xabi kimi baş məşqçi ilə və bu oyunçularla olmaq məni çox xoşbəxt edir”.
Qeyd edək ki, Vinisius Juniyor sözügedən matçın ən yaxşı oyunçusu seçilib. O, 1 qol və 1 qolun ötürməsini edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:95
Bu xəbər 27 İyun 2025 13:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















