Icma.az
close
up
RU
Xaç atası Amerika tarixinin ən böyük filmi adlandırılıb

Xaç atası Amerika tarixinin ən böyük filmi adlandırılıb

Reyting.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.


Stiven Spilberq
Hollivud rejissoru Stiven Spilberq dünya şöhrətli rejissor Frensis Ford Koppolanın "Xaç atası" filmini Amerika kino tarixinin ən böyük ekran əsəri sayır.
Reyting.az
bildirir ki, amerikalı məşhur rejissor bu sözləri "AFI Life Achievement Award" mərasimində Koppolaya kinoya verdiyi əvəzsiz töhfəyə görə mükafat təqdim edən zaman deyib.
Spilberq səhnədən Koppolaya müraciət edib:
"Siz, işinizlə Amerika kinosunun mənasını yenidən müəyyənləşdirdiniz. Bu filminiz sizin qürurunuzu doğrultmağa çalışan bir çox hekayəçilərin nəslini ilhamlandırdı".

Frensis Ford Koppola
"Sıravi Rayanın xilası" adlanan möhtəşəm filmin yaradıcısı, rejissoru Stiven Spilberq daha sonra 1967-ci ildə Koppola ilə ilk görüşlərini xatırlayıb. O, xüsusilə vurğulayıb ki, Koppola həm də, onun üçün qorxmazlıq nümunəsidir.
"Siz həmişə müstəqil rəssamların azadlığı üçün mübarizə aparmısınız, daim onların maraqlarını dəstəkləmisiniz, yeni ideyaları və ilhamverici əsərləri açıq şəkildə qəbul etmisiniz", - deyə Spilberq bildirib.

Koppolanın şərəfinə keçirilən mərasimdə Robert De Niro, Al Paçino, Adam Driver və digər ulduzlar da, rejissorla bağlı çıxış ediblər. "Sən mənim həyatımı büsbütün dəyişdin", - söyləyən ulduz aktyor Robert De Nironun dediklərini dəstəkləyən digər Hollivud ulduzu Al Paçino isə əlavə edib ki, Frensis Ford Koppola ona "ondan da çox" inanıb.
Oqtay QORÇU
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:151
embedMənbə:https://reyting.az
archiveBu xəbər 30 Aprel 2025 10:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see242

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see237

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see215

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see210

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see177

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see165

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see160

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see153

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see151

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see147

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see147

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see144

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see140

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see139

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see137

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see136

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see135

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see132

Belarus qapıçı Azərbaycanda rekorda imza atıb

28 Dekabr 2025 16:54see131

Mənzil almaq istəyənlərə ŞAD XƏBƏR

29 Dekabr 2025 02:07see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri