Xaçatryan: “Azərbaycan malları birbaşa KONKRET
Konkret.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Ermənistan Prezidenti Vaaqn Xaçatryan bildirib ki, Azərbaycan və Ermənistan liderləri sülhə nail olmaq naminə artıq siyasi iradə və cəsarət nümayiş etdiriblər.
KONKRET.az xəbər verir ki, onun sözlərinə görə, hələ bir-iki il əvvəl bu cür vəziyyət inanılmaz görünürdü, lakin hazırda tərəflər münasibətlərdə prinsipial olaraq yeni mərhələyə qədəm qoyublar.
Xaçatryan qeyd edib ki, hazırda Azərbaycan yükləri Ermənistana Gürcüstan ərazisindən tranzit yolu ilə daşınır. Lakin perspektivdə Bakı ilə İrəvan arasında birbaşa daşımaların mümkünlüyü istisna edilmir. Prezidentin fikrincə, bu, 1990-cı illərdə yaranmış problemləri aradan qaldırmağa və diqqəti gələcəyə yönəltməyə imkan verəcək.
Ermənistan Prezidenti vurğulayıb ki, əldə olunmuş razılaşmalar konkret prinsiplərə — ərazi bütövlüyünə, suverenliyə və yurisdiksiyaya qarşılıqlı hörmətə əsaslanır. O, sərhədlərin açılmasının iki ölkə arasında münasibətlərin inkişafında növbəti məntiqli addım olacağına əminliyini ifadə edib.
Baxış sayı:31
Bu xəbər 20 Yanvar 2026 23:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















