Xaçatryan kifayət qədər yaxşı psixoloji vəziyyətdədir Xəstəxanadan açıqlama
Icma.az, Unikal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Azərbaycanın təhvil verdiyi 70 yaşlı Vaqif Xaçatryan reanimasiya şöbəsindədir.
"Unikal" erməni mediasına istinadən xəbər verir ki, onun vəziyyəti orta-ağır kimi qiymətləndirilir. Nork-Maraş Tibb Mərkəzinin reanimasiya xidmətinin rəhbəri Eduard Petrosyan bildirib ki, xəstə lazımi müalicəni alır və hərtərəfli müayinədən keçir, nəticələri sonrakı müalicəni müəyyən edəcək.
"Biz ona lazımsız suallar verməməyə və həssas mövzulara toxunmamağa çalışırıq. Eyni zamanda, təəccüblüdür ki, Xaçatryan kifayət qədər yaxşı psixoloji vəziyyətdədir və tibb işçiləri ilə fəal şəkildə ünsiyyət qurur", - deyə Petrosyan qeyd edib.
Xatırladaq ki, 14 yanvar tarixində Azərbaycan Ermənistana dörd əsiri - David Davtyan, Gevork Sujyan, Vigen Euljekçyan və Vaqif Xaçatryanı təhvil verib.
Baxış sayı:114
Bu xəbər 15 Yanvar 2026 20:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















