Xaçaturyan xəstədir: Ermənistanın növbəti prezidenti kim olacaq?
Icma.az bildirir, Demokrat.az portalına istinadən.
Ermənistanda prezident postuna mümkün namizədlərin adı açıqlanıb.
Ermənistanın hazırkı dövlət başçısı Vaaqn Xaçaturyanın səhhətində ciddi problemlər yarandığından, hakim partiya daxilində prezident postu uğrunda pərdəarxası mübarizə gedir.
Demokrat.az xəbər verir ki, bu barədə "Hraparak" qəzeti hakimiyyət daxilindəki mənbələrə istinadən məlumat yayıb.
Qəzetin yazdığına görə, Xaçaturyan səlahiyyət müddətini başa vurmaya bilər.
İddia edilir ki, baş nazir aparatının rəhbəri Arayik Arutyunyan, Milli Assambleyanın sədri Alen Simonyan və xarici işlər naziri Ararat Mirzoyan prezidentliyə potensial namizədlərdir.
Nəşrin məlumatına görə, Arutyunyanın namizədliyinə əvvəlki prezident seçkiləri zamanı da baxılıb, lakin hakim partiyanın üzvləri onun təyinatına qarşı çıxıblar.
Bundan əvvəl, iyunun 10-da KİV-də gələcək parlamentdə əsas vəzifələr uğrunda Mülki Müqavilə partiyası daxilində daxili rəqabət barədə məlumat yayılmışdı. Nəşrin yazdığına görə, əsas döyüş Milli Assambleyanın sədri vəzifəsi üzərində cərəyan edib.
Daha sonra isə, Alen Simonyanın doqquzuncu parlamentdəki postunu çox güman ki, qoruyacağı xəbəri yayılıb.
Xatırladırıq ki, Vaaqn Xaçaturyan 2022-ci ildə 7 il müddətinə Ermənistan prezidenti seçilib.
Alparslan
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.

Bu mövzuda digər xəbərlər:Vaaqn Xaçaturyan Ermənistanın yeni hökumətinin tərkibini təsdiqləyib
03 Avqust 2026 17:30
Ermənistanın növbəti prezidenti Alen Simonyan olacaq?
28 Noyabr 2025 10:32
Xaçaturyan Misirə getdi
01 Noyabr 2025 14:51
Xaçaturyan BƏƏ yə getdi
07 Aprel 2025 11:38
Vaqif Xaçaturyan evə buraxıldı
02 Fevral 2026 16:38
Baxış sayı:108
Bu xəbər 19 İyun 2026 13:55 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları