Xaçmaz Bakı marşrutu ilə hərəkət edən avtobusda yanğın baş verib
Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Xaçmaz, 20 sentyabr, AZƏRTAC
Xaçmaz-Bakı marşrutu ilə hərəkət edən sərnişin avtobusunda yanğın baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə bu gün saat 16:40 radələrində, avtobus Bakı istiqamətində hərəkətdə olarkən Şabran rayonu ərazisində baş verib.
Belə ki, avtobusun arxa hissəsindəki təkərlərdən birində qəfil alışma olub. Dərhal sərnişinlər avtobusdan düşürülüb və yanğının söndürülməsi üçün ilkin müdaxilə edilib. Lakin alovun güclənməsi səbəbindən yanğını yerindəcə söndürmək mümkün olmayıb.
Bundan sonra, avtobusun təkərində baş verən yanğın yaxınlıqda olan avtoyuma məntəqəsindəki təzyiqli su vasitəsilə tam söndürülüb. Hadisə zamanı sərnişinlər arasında xəsarət alan olmayıb.
Xaçmaz avtovağzalından əraziyə göndərilən növbəti avtobus vasitəsilə sərnişinlər Bakı yola salınıblar.
Müxbir – Elxan Yusifli
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:157
Bu xəbər 20 Sentyabr 2026 20:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















