Xaçmazda 11 sürücü saxlanıldı
Icma.az, Teleqraf.com portalına istinadən məlumat yayır.
Xaçmaz rayon ərazisində kobud qayda pozuntularına yol verən sürücülərə qarşı profilaktik tədbir keçirilib.
Daxili İşlər Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, Xaçmaz Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə profilaktik tədbirlər keçirilib.
Son 5 gün ərzində keçirilən tədbirlər zamanı avtomobili narkotiklərin təsiri altında idarə edən 14 sürücü saxlanılıb. Tibbi müayinə zamanı onların narkotik vasitə qəbul edərək sükan arxasında əyləşdikləri müəyyən olunub. Sürücülər barəsində toplanan materiallara hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib və hər biri 25 sutka inzibati qaydada həbs edilib.
Tədbir zamanı avtomobili spirtli içki qəbul edərək idarə edən daha 11 sürücü müəyyən olunaraq saxlanılıb. Həmin sürücülər barəsində qanunla nəzərdə tutulan qaydada inzibati protokol tərtib olunub.
Xaçmaz rayonu ərazisində yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə profilaktik tədbirlər mütəmadi olaraq həyata keçiriləcəkdir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:127
Bu xəbər 21 Yanvar 2025 09:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















