Icma.az
close
up
RU
Xaçmazda 17 yaşlı oğlan anasını telefon üstündə öldürübmüş YENİLƏNİB

Xaçmazda 17 yaşlı oğlan anasını telefon üstündə öldürübmüş YENİLƏNİB

Icma.az bildirir, Unikal.az portalına istinadən.

Xaçmaz rayonunun Çaykənarı kəndində baş verən qətl hadisəsinin təfərrüatları məlum olub.

"Unikal" xəbər verir ki, dekabrın 29-da bıçaqlanan Çaykənarı kənd sakini, Məmmədova Həqiqət Tərlan qızı təcili tibbi yardım avtomobili ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. Hadisə zamanı çoxlu qan itirən 42 yaşlı qadın həkimlərin səyinə baxmayaraq, bir gün sonra xəstəxanada dünyasını dəyişib.

Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının travmatoloqu Orxan Şeydayev bildirib ki, oktaybrın 29-u saat 19:30 radələrində 1983-cü il təvəllüdlü şəxs (qadın) tibb müəssisəsinə hospitalizasiya olunub. Ona döş qəfəsinin, qarının ön divarının kəsilmiş-deşilmiş yaraları, daxilə nüfuz etməklə, sol dirsək oynağı, sağ saidin, sol əlin ovuc hissəsinin çoxsaylı kəsilmiş yaraları diaqnozu təyin olunub. Göstərilən bütün reanimasiya tədbirlərinə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq, oktyabrın 30-da saat 19:15 radələrində pasiyentin bioloji ölüm faktı qeydə alınıb.

Hadisəni törətməkdə şübhəli bilinən, mərhumun 17 yaşlı oğlu hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Mərhumun qohumları bildiriblər ki, ana və övladı arasında münaqişə telefon üstündə başlayıb. Yeniyetmə anasının telefon işlətməsinə qarşı olub, bu səbəbdən mütəmadi mübahisələr yaranıb. Aralarındakı sonuncu mübahisədən sonra Həqiqət Məmmədova yaşadığı evdən çıxaraq kənddəki qohumunun evinə gedib. Bir müddət sonra yeniyetmə həmin evə hücum edərək anasına çoxsaylı bıçaq zərbələri vurub.

Hadisə şahidi Züleyxa İskəndərovanın sözlərinə görə, mərhum Qusarda meyvə bağlarında briqadir kimi çalışırdı. Hadisə baş verən gün H.Məmmədova işdən gəlib çay dəmləmək istəyib. Bu zaman gözlənilmədən evə daxil olan yeniyetmə anasına çoxsaylı bıçaq zərbələri vurub. “Qusardan işdən gəlmişdi. Çay hazırlayırdı. Birdən qışqırdı ki, xala qoyma, kömək elə. Mən də divanda oturmuşdum, xəstə adamam. İçəri girən kimi anasını bıçaqladı. Stulu başına vurdum ki, buraxsın bıçağı əlindən. Stul belinə dəydi, bıçağı atıb çıxıb getdi”,-deyə hadisə şahidi söyləyib.

Qətlə yetirilən qadının 2 oğul övladı var. Hadisəni ailənin kiçik övladı törədib.

Hadisəsi törətməkdə şübhəli bilinən 17 yaşlı yeniyetmə polislər tərəfindən saxlanılıb. Faktla bağlı Xaçmaz Rayon Prokurorluğunda cinayət işi başladılıb, istintaq araşdırmaları aparılır.

*** 10:39

Xaçmazda qadın qətlə yetirilib, 17 yaşlı oğlu şübhəli bilinir.

"Unikal" xəbər verir ki, hadisə iki gün əvvəl rayonun Çaykənarı kəndində qeydə alınıb.

Belə ki, 1983-ci il təvəllüdlü Məmmədova Həqiqət Tərlan qızı oğlu tərəfindən bıçaqlanıb və bədənin çoxsaylı kəsilmiş-deşilmiş yarası diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

İki gün xəstəxanada müalicə alan H.Məmmədova bu gün ölüb. Hadisənin səbəbi hələlik məlum deyil.

Qətli törətməkdə şübhəli bilinən mərhumun 17 yaşlı oğlu saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Asiman Qaraca


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:282
embedMənbə:https://unikal.az
archiveBu xəbər 31 Oktyabr 2025 18:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see357

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see356

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see346

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see344

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see333

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see327

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see315

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see310

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see308

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see305

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see297

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see294

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see288

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see276

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see275

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see265

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see256

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see242

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see236

Nəhəng gəmidə NAMƏLUM XƏSTƏLİK yayıldı 150 yə yaxın insanda QORXULU ƏLAMƏTLƏR

20 Noyabr 2026 15:17see233
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri