Xaçmazda 2 il sonra üstü açılan qətlin qandonduran TƏFƏRRÜATI: Bacımı amansızca öldürüblər
Oxu.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Xaçmazda 2 il əvvəl itkin düşən qadının meyiti tapılıb.
Məlumata görə, görmə qabiliyyəti məhdud olan 59 yaşlı Gülxar Cahangirova 2023-cü ilin iyulun 18-də itkin düşüb.
Ötən dövr ərzində onun axtarışları aparılıb. Mayın 1-də qadının meyiti rayonun Əzizli kəndi ərazisindəki meşə massivində tapılıb.
"Pula, qızıla görə öldürüb onu. Portfelində min manat olub. Aparıb meşəyə, soyub, sonra maşından itələyərək yerə atıb. Zülmlə öldürüb. Kor qadın idi, niyə öldürürsən axı?!", - mərhumun bacısı deyib.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar.
Qətli törətməkdə şübhəli bilinən Xaçmazın Xaspoladoba kənd sakini, taksi sürücüsü Xəqani Rəhmətov polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Ətraflı Baku TV-nin süjetində:
Xaçmazda 2 il sonra üstü açılan qətlin qandonduran TƏFƏRRÜATI: "Bacımı amansızca öldürüblər"
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 03 İyun 2025 00:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















