Xaçmazda bataqlıqda boğulan 15 yaşlı yeniyetmənin meyiti tapılıb
Icma.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
15 yaşlı Bağırov Elçin Elman oğlu aprelin 18-i gecə saatlarında Niyazabad kəndi ərazisində, dəniz sahilində yerləşən bataqlıqda boğulub.
Hadisə şahidlərinin dediyinə görə yeniyetmə at belində mal-qara otaran zaman bataqlığa yıxılıb. At sudan çıxa bilsə də, Elçin xilas ola bilməyib.
Yeniyetmənin axtarışlarına Fövqəladə Hallar Nazirliyinin sularda xilasetmə xidmətinin əməkdaşları, dalğıclar və kənd sakinləri cəlb olunub. İlkin mərhələdə yeniyetmənin meyitini aşkarlamaq mümkün olmayıb. Yalnız traktorlar vasitəsilə kanallar açılaraq su hövzəsi boşaldıldıqdan sonra səhər saatlarında E. Bağırovun meyitini aşkarlamaq mümkün olub. Meyit aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Elçin Bağırov Niyazabad kənd tam orta məktəbinin IX sinfində təhsil alırdı. Aprelin 17-də məktəblinin 15 yaşı tamam olub.(azərtac)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:70
Bu xəbər 19 Aprel 2025 10:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















