Xaçmazda həmkəndlisini qəsdən öldürməkdə şübhəli bilinən şəxs tutulub
Icma.az, Apa.az portalına istinadən məlumat yayır.
Sentyabrın 20-də gecə saat 4 radələrində Xaçmaz rayon sakini Kənan Cəbiyevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Bu barədə APA-ya Xaçmaz rayon prokurorluğundan məlumat verilib.
Araşdırma zamanı Emin Baxışovun rayonun Ağtala kəndi ərazisində aralarında yaranmış mübahisə zamanı həmkəndlisi Kənan Cəbiyevə bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Xaçmaz rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. E.Baxışov iş üzrə şübhəli şəxs qismində tutulub.
İbtidai istintaq davam edir.
Bu mövzuda digər xəbərlər:Qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub
26 Noyabr 2024 11:59
Baxış sayı:36
Bu xəbər 20 Sentyabr 2025 13:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















