Xaçmazda mağazadan 23 min manatlıq oğurluq edilib
Apa.az saytına istinadən Icma.az xəbər verir.
Xaçmaz rayonunda mağazadan oğurluq edən şəxslər saxlanılıblar.
APA-nın Şimal bürosunun məlumatına görə, Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində Elman İmanov və Elçin Məhərrəmov tutulublar.
Araşdırma zamanı müəyyən edilib ki, onlar Xudat şəhərində yerləşən mağazadan ümumi dəyəri 23 min manat olan 14 ədəd televizor, 3 ədəd noutbuk və 3 ədəd kondisioner oğurlayıblar.
Məlumata görə, saxlanılan şəxslərdən biri əvvəllər həmin mağazada çalışıb.
Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
Bu mövzuda digər xəbərlər:Xaçmazda 50 min manatlıq oğurluq edənlər saxlanılıb
24 İyun 2026 10:26
Evlərdən 23 min manatlıq oğurluq Saxlanılan var
10 Aprel 2026 13:15
Kürdəmirdə mağazadan 5 min manatlıq oğurluq olunub
04 Noyabr 2024 19:08
Bakıda mağazadan 30 min manatlıq oğurluq olub
03 Noyabr 2025 12:33
Baxış sayı:166
Bu xəbər 08 May 2026 11:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















