Xaçmazda sahil zolağında aşkarlanan suiti cəsədlərindən nümunələr götürülüb
Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Xaçmaz, 14 oktyabr, Elxan Yusifli, AZƏRTAC
Xəzər dənizinin sahil zolağında aşkarlanan suiti cəsədlərindən nümunələr götürülüb. Laborator analizlərdən sonra dəniz heyvanlarının ölüm səbəbini müəyyənləşdirmək mümkün olacaq.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 10-a yaxın suiti cəsədi Xaçmaz rayonunun Niyazabad kəndi ərazisində sahil zolağında aşkarlanıb. Əraziyə müvafiq dövlət qurumlarının nümayəndələri, həmçinin Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri cəlb edilib.
Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Balıqçılıq və Akvakultura Mərkəzinin direktor müavini Elşən Məcidov bildirib ki, suiti cəsədləri aşkarlanan əraziyə Xaçmaz rayonun heyvan sağlamlığı və baytarlıq xidmətləri mərkəzinin əməkdaşları tərəfindən baxış keçirilib. Tapılan suiti cəsədləri Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşlaırnın iştirakı ilə aktlaşdırılıb və cəsədlərdən nümunələr götürlərək laboratoriyaya göndərilib. Laborotor analizlərin nəticələri müəyyənləşəndən sonra araşdırmaların nəticələri barədə ətraflı məlumat veriləcək.


