Xaçmazda yağışın törətdiyi fəsadlarla bağlı RƏSMİ AÇIQLAMA
Icma.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
İntensiv və aramsız yağan yağışlar Xaçmaz rayonu ərazisində də ciddi fəsadlara səbəb olub.
Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, rayon Fövqəladə Hallar Komissiyasının sədri Anar Oruclunun Bizim.Media-nın yerli bürosuna verdiyi məlumata görə, rayon ərazisindən keçən çaylarda suyun səviyyəsi normadan xeyli artıb.
Nəticədə yol təsərrüfatına və sosial infrastruktura ciddi ziyan dəyib. Kəndlərdə sel suları həyətləri və evləri basıb. Ən kritik vəziyyət Cığatay kəndi ərazisində qeydə alınıb. Kəndə daxil olan sel suları bir sıra həyətləri su altında qoyub.
Fövqəladə Hallar Nazirliyi-nin Şimal Regional Mərkəzinin əməkdaşları tərəfindən həmin ərazilərdən 9 nəfər təxliyə edilib. Təxliyə və xilasetmə işləri davam etdirilir.
Bundan əlavə, Aşağı Zeyid kəndi ərazisində yerləşən körpü qəzalı vəziyyətə düşüb, Hacıəlibəy qəbiristanlığı isə su altında qalıb.
Anar Oruclunun sözlərinə görə, hazırda rayona dəyən ziyanın həcmi dəqiqləşdirilir.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:200
Bu xəbər 28 Mart 2026 10:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















