Xaçmazın Nağıoba kəndi ilk dəfə təbii qazla təmin olunub AZƏRTAC
Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Xaçmaz, 21 noyabr, Elxan Yusifli, AZƏRTAC
Xaçmaz rayonunda təbii qazla təmin edilən yaşayış məntəqələrinin sırasına Nağıoba kəndi də əlavə olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 91 abonenti olan kəndin qazlaşdırılması üçün 9 min metrə yaxın müxtəlif diametrli borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 1 ədəd qaz tənzimləyici şkaf quraşdırılıb.
Kəndə təbii qazın verilməsi münasibətilə keçirilən mərasimdə Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri və kənd sakinləri iştirak ediblər.
Bildirib ki, Xaçmaz rayonunda kəndlərin qazlaşdırılması istiqamətində işlər davam etdirilir. İlin sonunadək bir neçə yaşayış məntəqəsinin də mavi yanacaqla təmin olunması nəzərdə tutulub.
Çıxış edən sakinlər əhalinin sosial problemlərinin həllinə göstərdiyi yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Sonda rəmzi məşəl alovlandırılıb, yaşayış məntəqəsinə mavi yanacaq verilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:41
Bu xəbər 21 Noyabr 2024 16:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















