Icma.az
close
up
RU
Xahiş edirəm, komandanın arxasında dursunlar, heyifdir Elvin Həsənov

Xahiş edirəm, komandanın arxasında dursunlar, heyifdir Elvin Həsənov

Fanat saytından verilən məlumata görə, Icma.az xəbər verir.

2-ci Liqanın 9-cu turunda "Şirvan"ı qəbul edən "Şəki Siti" hesabda geri düşsə də, sonradan oyunu çevirərək 2:1 hesablı qələbə qazandı. Hazırda 19 xalla 4-cü pillədə mövqe tutan komandanın baş məşqçisi Elvin Həsənovla əlaqə saxlayıb həm önəmli qələbə, həm də ki, işlədiyi klubdakı ciddi maliyyə problemi ilə bağlı fikirlərini öyrəndik.

Onun Fanat.Az-a açıqlaması belə oldu:

"Şirvan" 2-ci Liqanın debütantı olsa da, çox yaxşı təşkilatlanmış komandadır. Rəqibin heyətində Premyer Liqada oynamış təcrübəli futbolçular da var. Bilirdik ki, ağır oyun olacaq. Həmişə olduğu kimi, qarşı tərəfi təhlil etmişdik. Rəqibin güclü və zəif tərəflərini öyrənmişdik. Hesabda geri düşsək də, geridönüş edə, qələbə qazana bildik. Onların da yaxşı hücumları oldu. Şükürlər olsun ki, meydandan 3 xalla ayrıldıq. Liderlər qrupundakı 4 komandadan biriyik. Çempionluq uğrunda mübarizəni davam etdiririk".  

Həsənov maddi problemlər, futbolçuların və məşqçilərin maaşlarının ödənilməməsi ilə bağlı sualı da cavablandırdı:

"Maaşlarda gecikmələr var. Uşaqları oyuna kökləmək çətin idi. Nə qədər çətin olsa da, sağ olsunlar, vacib oyunda bütün güclərini meydanda qoyub qələbə qazandılar. Komanda getdikcə daha yaxşı oynayır. Şəkililəri sevindirməyə davam edirik. Əlbəttə, biz də öz şəhərimizdə oynamaq istərdik. Amma hazırda ev oyunlarımızı Şəkidə keçirməsək də, bu şəhərin komandasıyıq. Sautınız vasitəsi ilə xahiş edirəm ki, komandanın arxasında dursunlar, dəstək olsunlar. Heyifdi... Bu komanda qalmalı, liqada iştirak etməlidir. Çempionluğa iddialı kollektiv qurmuşuq. Ümid edirik ki, hər şey yaxşıya doğru dəyişər. Nə deyə bilərəm ki... Hər şeyin yaxşı olacağına ümudliyik. Biz də bir günlük istirahətdən sonra həvəslə növbəti oyunumuza hazırlaşmaq istəyirik". 

Nihat

Abunə Ol

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:37
embedMənbə:https://fanat.az
archiveBu xəbər 17 Noyabr 2025 22:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see714

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see242

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see203

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see200

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see189

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see171

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see166

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see160

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see156

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see144

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see143

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see141

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see141

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see140

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see139

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see138

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see132

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri