Icma.az
close
up
RU
“Xahiş edirəm, mənə bir də bu barədə sual verməyin” Qurban Qurbanov

“Xahiş edirəm, mənə bir də bu barədə sual verməyin” Qurban Qurbanov

Icma.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Futbolçularımı təbrik edirəm. Bu gün qalib gəlmək çox vacib idi. İstərdim ki, daha yaxşı oyun olsun. Meydança amili keyfiyyətli oyun oynamağa mane olurdu. Milli fasilədən sonra komanda demək olar ki, bu gün tam yığılmışdı”.
Bizim.Media sportal.az-a istinadən xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov bu gün Misli Premyer Liqasının 14-cü turunda “Səbail”ə 3:0 hesabı ilə qalib gəldikləri səfər matçından sonra deyib.
Q.Qurbanov onun iştirakı ilə təşkil edilən mətbuat konfransında qeyd edib ki, futbolçular sona qədər oyunun içində olublar: “Bu, mənim üçün vacib idi. Yaxşı komandaya qalib gəldik.
Qarşımızda istəkli rəqib var idi. İnanıram ki, Cavid Daha yaxşı komanda formalaşdıracaq. Ona uğurlar arzulayıram”.
Daha sonra Q.Qurbanov jurnalistlərin suallarını cavablandırıb.
- Demək olar ki, meydana əsas heyətlə çıxmışdınız. Bu, "Araz-Naxçıvan"ın liderliyi ələ keçirməsi ilə bağlı idi, yoxsa qarşıdakı "Lion"la matça görə belə qərar verdiniz?
- "Araz-Naxçıvan"la bağlı heç bir düşüncə yox idi. Bu gün hazır olan futbolçuları meydana buraxdıq. Sonradan xeyli rotasiyalar etdim. Bəzi futbolçuların oyun ritmini qoruyub-saxlamaq lazımdır.
- "Lion"la oyunun hazırlığı necə gedir? Bədavi Hüseynovun zədələnməsi planlarınıza necə təsir edəcək?
- Əlbəttə ki, onun zədələnməsini istəməzdik. Son vaxtlar bəlkə də ən yaxşı oyunlarını keçirirdi. Digər oyunçuları hazırlayacağıq. Vaxtımız azdır, cəmi 2-3 məşqimiz olacaq. Çox istərdim ki, futbolçular sağlam olsunlar. Hansısa fiziki çatışmazlıqlar ola bilər. Bu üç gündə komandanı oyun planında tam hazırlamalıyıq. Rəqib topla çox yaxşı davranır. Fərdi olaraq da ustalıq keyfiyyəti yüksək olan futbolçuları var.
- "Qarabağ"ın futbolçularının millidəki oyununu necə dəyərləndirirsiniz?
- Millinin futbolçularının heç birini ayırmaq istəmirəm. Hər biri azərbaycanlı oyunçulardır. Çox da şərh etmək istəmirəm. Belə məğlubiyyətlər hamımızın başına gəlib. Həmişə millimizin yanında olmalıyıq.
- Sizin milliyə baş məşqçi gətirilməyinizlə bağlı iddialar var. Bu haqda nə deyə bilərsiniz?
- Mənim üçün ən çətin suallar milli ilə bağlı olan suallardır. Orada mənim həmkarlarım var, həm də İcraiyyə Komitəsindəyəm. Xahiş edirəm, mənə bir də bu barədə sual verməyəsiniz. Hər qurumun öz idarəçiləri var. Bu dəqiqə fikrim "Qarabağ"dadır.


- Fernandu Santuşun işini necə dəyərləndirirsiniz?
- Cavab verə bilməyəcəm. Hər birimiz Santuşa hörmətlə yanaşırıq. Ona uğurlar arzulayıram. Hamı öz işində məsuliyyətli olmağa çalışır.
Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:65
embedMənbə:https://bizim.media
archiveBu xəbər 23 Noyabr 2024 20:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see282

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see216

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see205

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see190

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see181

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see167

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see159

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see158

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see157

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see155

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see154

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see153

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see150

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see147

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see147

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see147

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see144

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see143

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see139

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri