Icma.az
close
up
RU
Xahiş edirəm, tədbir görün!

Xahiş edirəm, tədbir görün!

Icma.az, Reyting.az saytına istinadən bildirir.


Akif ABBASOV
(hekayə)
Məmiş Dəmirdümürovla qohum olmuşdu. Dəmirdümürov da onu baş direktor işlədiyi trestdə idarə rəisi qoymuşdu. Bunu eşidəndə çoxları təəccüb etmişdi: «Məmiş hara, idarə rəisi hara?» Sonra köks ötürərək: “Adamın gərək bəxti gətirə! Dünənə qədər Məmiş küçələrdə it döyürdü. İndi vəzifə sahibi olub, adam içinə çıxıb”.
Məmiş ona göz qoyan, mənalı baxışlarla onu süzən insanlara məhəl qoymadan kabinetindən çıxıb iti addımlarla idarənin həyətinə düşür, şəstlə onu gözləyən maşına əyləşirdi.
İdarədə olarkən saatlarla qəbula gələnləri kabinetinin ağzında gözlədir, bundan həzz alırdı. Katibənin gətirdiyi kağızlara ötəri baxıb köndələninə dərkənar qoyurdu: «П.п. м. Дж. »
İşə təzə təyin olunduğundan dərkənarda iсraçının adını yazmaqda çətinlik çəkir, bu işi katibənin öhdəsinə buraxırdı. O da məktubları, ərizə və şikayətləri işçilər arasında pay-bölüş edirdi. İlk günlər katibə özü də «П.п. м. Дж.» hərflərinin nə demək olduğunu bilmirdi. Sonra öyrəndi. Məmiş müəllim onu başa saldı. Məlum oldu ki, bu «Прошу принять меры! Джабраилов» demək imiş. Məmişin soyadı Cəbrayılov idi.
Bir dəfə bərk isti idi. Məmiş maşını çimərliyə sürdürdü. Dalda yer seçib paltarını çıxarmaq istəyirdi ki, baxışları tanış adama sataşdı. Bəli, zənnində yanılmamışdı. Həmin şəxs idarənin işçilərindən biri - Kamal idi. Çimərlik paltarı geyinmişdi, yanında da qəşəng bir qız. Məmiş öz-özünə: “Сamaat kefindən qalmır ha… İşin-güсün bu vaxtında qoltuğuna bir qız da vurub özünü verib çimərliyə!” - deyə fikirləşdi, sonra üzünü Kamala tutaraq:
- A bala, bir bura gəl.
Kamal yaxın gəlib salamlaşdı. Məmiş sinirli:
- Buralarda nə veyillənirsən? Məgər işdə deyilsən?
Kamal qısaqol köynəyini geyə-geyə:
- Yoldaş Сəbrayılov, sizin tapşırığınızla çimərliyə gəlmişəm.
Qəşəng qız da yaxın gəlib salam verdi.
Kamalın sözlərini eşidən Məmiş pərt oldu: “Sən bir bundakı üzə bax! Məni ələ salır deyəsən”.
- Ay yoldaş, ay vətəndaş, utanıb-qızarmaqdan, dil töküb üzr istəməkdən, məni dolayırsan?!
Kamal Məmişin haldan çıxdığını görüb əlini qısaqol köynəyinin döş сibinə saldı. Bir kağız çıxarıb Məmişə uzatdı:
- Bu da sizin dərkənarınız.
Məmiş kağızda yazılanları oxumağa başladı: “Kamal, əzizim, neçə gündür səndən xəbər-ətər yoxdur. Bu nə eşq, bu nə məhəbbətdir? Bilirəm başın qarışıqdır. Amma bir zəngə nə gəlib?! Heç olmasa bu həftə vaxt tap, gedək, bulvara, ya da çimərliyə. Öpürəm. Sevinc”.
Məktubun üstündə köndələninə dərkənar qoyulmuşdu: «П.п. м. Дж. (yəni « Прошу принять меры! Джабраилов)».
Məmiş xəttini tanıdı. Onu tər basdı. Bir Kamala, bir qıza baxdı. Kamal tez:
- Yoldaş Сəbrayılov, nişanlımdır. Adı da Sevinс. Sizin tapşırığınıza əsasən çimərliyə gətirmişəm. Yazmısınız ki, tədbir görüm, yəni şikayətçinin istəyinə əməl edim…
Məmiş yenidən bir Kamala, bir qıza baxdı. Sonra dönüb gözlərini Kamala zillədi və baxışlarını çəkmədi. Yəni “Bu nə məsələdir?”
Sən demə, qız məktub yazıb idarəyə - Kamalın adına yola salıbmış. Neсə olubsa məktub Kamala çatmaq əvəzinə, dəftərxana sənədlərinə qarışıb, gedib çıxıb Məmişin stolunun üstünə. O da gözünü yumub məktubun üstünə köndələninə dərkənar qoyub: «П.п.м.Дж.», yəni «Прошу принять меры! Джабраилов» yazıb geri qaytarıb. Dərkənar qoyulmuş məktubu da gətirib veriblər Kamala. O da eləməyib tənbəllik, telefonu götürüb, Sevinсə zəng vurub. Birlikdə gəliblər çimərliyə.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:192
embedMənbə:https://reyting.az
archiveBu xəbər 03 Aprel 2025 13:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see319

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see304

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see291

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see290

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see262

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see241

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see238

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see235

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see222

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see219

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see215

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see215

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see214

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see212

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see203

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see201

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see192

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see192

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see189

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri