Icma.az
close
up
RU
“Xain Medvedçuk Putindən “Ukrayna barbarlarını xilas etməyi“ xahiş edib“ ISW

“Xain Medvedçuk Putindən “Ukrayna barbarlarını xilas etməyi“ xahiş edib“ ISW

Icma.az bildirir, Moderator.az saytına əsaslanaraq.

"Putinin qohumu Ukraynanın suverenliyini inkar edib və açıq şəkildə onun ilhaqına çağırıb..."

Medvedçukun ritorikası Kremlin müharibəni dayandırmaq üçün danışıqlar aparmaq niyyətində olmadığını və qonşu ölkə ilə bağlı planlarını açıq şəkildə əks etdirdiyini göstərir.

Moderator.az xəbər verir ki, bu barədə Amerikanın Müharibənin Öyrənilməsi İnstitutunun (ISW) son hesabatında deyilir.

Analitiklər qeyd edir ki, Ukraynaya xəyanət edən, Rusiya diktatoru Putinin qohumu və qadağan olunmuş "OPZJ" ("Həyat uğrunda müxalif platforma") partiyasının keçmiş rəhbəri Viktor Medvedçuk yazdığı məqalədə Ukraynanın suverenliyini inkar edib və açıq şəkildə onun ilhaqına çağırıb.

Hesabatda vurğulanır ki, Medvedçuk Putinə müraciət edərək "tarixi torpaqlarını geri qaytarmağa" çağırıb və hətta bir xəritə əlavə edib. Həmin xəritədə, Lvov, Ternopol və Çernovtsi vilayətlərindən şərqdə yerləşən bütün Ukrayna əraziləri "tarixi Rusiyanın" tərkib hissəsi kimi göstərilib.

Xain Medvedçuk Ukraynanın müstəqilliyini "tarixin səhvi" adlandırıb və bunun Rusiya tərəfindən işğal yolu ilə düzəldilməli olduğunu bildirib. O, həmçinin Qərbin Kiyevə dəstəyinin Rusiyanı daxildən məhv etməyə yönəldiyini iddia edib və Ukrayna vətəndaşlarını "müasir barbarlar" adlandıraraq, Putinin onları "xilas etməli" olduğunu deyib.

İnstitutun analitikləri vurğulayıb ki, Medvedçukun bəyanatları Kremlin Ukraynaya qarşı strateji siyasətini açıq şəkildə əks etdirir.

"Putinə yaxın olan Rusiya elitasının nümayəndəsi kimi Medvedçukun ritorikası Kremlin nə Ukrayna, nə də Qərblə danışıqlar aparmaq niyyətində olmadığını və Ukrayna dövlətinin legitimliyini prinsipial şəkildə tanımadığını göstərir", - analitiklər xainin sözlərini izah edib.

Ukraynada "Medvedçuk işi"

2022-ci il aprelin 12-də Ukrayna Təhlükəsizlik Xidməti Viktor Medvedçuku Ukraynadan qaçmağa cəhd edərkən saxlayıb.

2022-ci il sentyabrın 21-də  hərbi əsirlərin mübadiləsi çərçivəsində Medvedçuk Rusiya tərəfinə təhvil verilib, qarşılığında isə Mariupolun ukraynalı müdafiəçiləri, o cümlədən "Azov" alayının döyüşçüləri azad edilib.

2023-cü ilin yanvarında prezident Vladimir Zelenski fərman imzalayaraq Medvedçuku Ukrayna vətəndaşlığından məhrum edib.

2023-cü ilin mayında Kiyevdə Medvedçukun tərəfdarları saxlanılıb. Onlar tanınmış media layihəsində işləyib. Xüsusilə, Rusiyada xəyanətdə ittiham olunan Viktor Medvedçukun rəhbərlik etdiyi "Digər Ukrayna" adlı Kremlyönlü layihəsinin gizli özəyi ifşa edilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:72
embedMənbə:https://moderator.az
archiveBu xəbər 06 Fevral 2025 16:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see163

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see141

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see139

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see136

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see135

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see133

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see133

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see129

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri