Icma.az
close
up
RU
Xainin dəyişməyən xisləti: İran reallıqları həzm edə bilmir

Xainin dəyişməyən xisləti: İran reallıqları həzm edə bilmir

Icma.az bildirir, Cebheinfo portalına istinadən.

İran rejimi Azərbaycana münasibətdə səmimi davranış nümayiş etdirməyə çalışsa da, vaxtaşırı atdığı addımlar bütün bunların görüntü xarakteri daşıdığını göstərir.

Rəsmi Tehranın son addımları fars-molla rejiminin Azərbaycan və türk düşmənçiliyindən əl çəkmədiyini bir daha sübut edir. 

Yanvarın 1-də Ərdəbil şəhərində Azərbaycanla Türkiyənin arasını qarışdırmaq niyyəti güdən təxribatçı tədbirin keçirilməsi İranın siyasi xislətinin dəyişmədiyini əks etdirir. 

Azərbaycan və Türkiyə prezidentlərinin ünvanına təhqiramiz ifadələrin səsləndiyi “Çaldıran şəhidləri” adlı yığıncağın hansı  məqsədlə təşkil olunduğu aydın idi.

İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə son illər Cənubi Qafqazda, Yaxın Şərqdə yaratdığı yeni geosiyasi reallıqları İran rejimi həzm edə bilmir. İran hələ də Azərbaycan ərazilərinin işğaldan azad edilməsini, Suriyada Bəşər Əsəd  diktaturasının devrilməsindən sonra Türkiyənin nüfuzunun artmasını qəbul etmək istəmir. 

Hələ buraya geniş bir coğrafiyada Türk Dövlətləri Təşkilatlarının yaranmasını da əlavə etsək, İran hakimiyyətinin baş verənlərə reaksiyasının səbəbi aydın olar. Həm Azərbaycan, həm də Türkiyə münaqişələrə, zorakılığa, qətliyamlara son qoyub sülh gətirmək siyasəti İranı qane etmir. 

Çünki bütün dünyada İran terroru, müharibələri, separatizmi dəstəkləyən dövlət kimi tanınır. Ona görə də Azərbaycanın və Türkiyənin sülh siyasətinə rəsmi Tehran Seyid Həsən Amuli kimi casus mollaların vasitəsilə söyüşlə, təhqirlə cavab verir. 

Etdiyi etikadan kənar hərəkətlərə görə, üzr istəmək əvəzinə İran ədəb-ərkanı daha da aşır. Təbii ki, bütün bunlar İranın ali lideri Ayətullah Seyid Əli Xameneyinin göstərişi ilə baş verir.

Azərbaycan Prezidenti də yanvarın 7-də yerli telekanallara müsahibəsində Azərbaycan xalqına və Prezidentinə qarşı nifrət münasibəti bəsləyən, təhqirəmaiz ifadələr işləyən əyalət mollasının Xameneyi tərəfindən təyin edildiyini və cəzalandırılmalı olduğunu deyib: 

“Burada açıq təhqir olub: həm Türkiyə, həm Azərbaycan prezidentləri, həm bizim xalqlar və rəsmi tədbirdə canlı yayım gedən zaman və sadəcə, təəssüf?! Bu, əlbəttə ki, qəbuledilməzdir. 

Ona görə biz hesab edirik ki, o əyalət mollası cəzalandırılmalıdır. Ən azı vəzifəsindən qovulmalıdır və Azərbaycandan üzr istəməlidir”.

Yanvarın 8-də İranın Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədian Azərbaycana rəsmi səfər etdi və bir çoxları molla rejiminin öz davranışından nəticə çıxarıb üzr istəyəcəyini zənn etdi. 

Amma İran Azərbaycan dövlətinə qarşı təxribatlarından əl çəkmir. 

1993-cü ildən axtarışda olan cinayətkar, hazırda Moskvada  İsmayıl Şabanovun Tehrana dəvət edilərək İslam İnqilabı keçikçiləri Korpusunun (SEPAH) generalı ilə görüşməsi, sonra fotosunun yayılması Azərbaycana qarşı növbəti  hədyan və təhdiddir. 

Əlbəttə, indi 1993-cü il deyil. İsmayıl Şabanov kimiləri İrandakı molların dəstəyi ilə Azərbaycanda sabitliyi poza bilməz. İran xalqı bu gün teokratik rejimə dəstək vermir. Cəmiyyətdə hakimiyyətin bütün ideoloji və siyasi dayaqları sarsılıb. 

Yəni İran rejimi öz başının hayındadır. Həm xarici güclər, həm də xalq rejimi dəyişmək üçün məqam gözləyir. Belə bir vaxtda hansısa SEPAH generalının İsmayıl Şabanovla foto çəkdirməsi Azərbaycana deyil, yalnız İranın özünə ziyan gətirə bilər. 

Müşfiq Abdulla   
“Cebheinfo.az”

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:206
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 11 Yanvar 2025 17:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see367

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see349

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see317

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see308

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see299

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see291

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see280

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see270

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see262

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see250

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see248

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see237

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see236

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see236

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see233

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see233

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see223

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see222

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see210

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri