Icma.az
close
up
RU
Xalasını öldürməzdən əvvəl süni intellektdən soruşub FOTO

Xalasını öldürməzdən əvvəl süni intellektdən soruşub FOTO

Icma.az, Medicina portalına istinadən məlumat yayır.


Türkiyədə gənc qadın xalasını öldürüb.

O, cinayəti işləməzdən əvvəl süni intellektdən soruşub.

Medicina.az xəbər verir ki, Tekirdağda xalasını öldürdüyü iddiası ilə həbs olunan İnci Çalışkana qarşı ittihamnamə hazırlanıb. İttihamnamədə Çalışkanın qətldən əvvəl süni intellekt tətbiqlərinə daxil olduğu və "İz qoymadan birini necə öldürmək olar?", "Kəlləyə atılan atəş onu daha tez öldürərmi?", "Cəsədi necə atmaq olar?", "Kəlləyə atılan atəş ağrıya səbəb olarmı?" kimi şeylər axtardığı bildirilib.

Hadisə 2026-cı ilin yanvar ayında Tekirdağın Süleymanpaşa rayonunun Hürriyət məhəlləsində baş verib. Əldə edilən məlumata görə, Binnaz Erişin yanğın baş verdikdən sonra mənzilində bıçaqlanaraq öldürüldüyü müəyyən edilib. Təhlükəsizlik kamerası görüntüləri və dəlillər üzərində polis qruplarının işi nəticəsində yanğının qətldən sonra dəlilləri məhv etmək məqsədilə başladığı qiymətləndirilib və Erişin qardaşı qızı İnci Çalışkan nəzarətə alınıb.

Polis bölməsindəki prosedurlardan sonra 2 şübhəli ədliyyəyə göndərilib və məhkəmə tərəfindən həbs olunublar.

Tekirdağ Respublika Baş Prokurorluğu tərəfindən hazırlanan ittihamnamədə Binnaz Erişin evinin qapısında heç bir məcburi giriş əlamətinin tapılmadığı qeyd edilib. Evdəki şkafların və əşyaların səpələndiyi, cüzdanların və çantaların axtarıldığı, evdə qəhvə içmək üçün istifadə edildiyi düşünülən iki qəhvə fincanı tapıldığı bildirilib. Təhlükəsizlik kamerası görüntülərində İnci Çalışkanın taksi ilə evə gəldiyi, bir müddət içəridə qaldığı və sonra ünvandan çıxdığı görünür.


İttihamnaməyə görə, İnci Çalışkanın ünvanında aparılan axtarış zamanı qanlı bıçaq, təzə yuyulmuş paltarlar, qanlı baş örtüyü, 340 dollar və 40 avro ilə birlikdə aşkar edilib. Bıçağın cinayət analizi zamanı Binnaz Erişə məxsus qan nümunələri aşkar edilib. İnci Çalışkana məxsus DNT nümunələri də Erişin mətbəxindəki ağ əl dəsmalının üzərində tapılıb.

İttihamnamənin ən diqqət çəkən hissələrindən biri şübhəlinin rəqəmsal müayinə qeydləridir. İnci Çalışkanın hadisədən əvvəl süni intellekt vasitəsilə "bibər qazı", "Mədəyə bıçaq tez öldürürmü?", "Məhkəmə tibb mühazirə qeydləri", "iz qoymadan öldürməyin yolları", "qızıl bazarı" və "şok iynəsi" kimi terminləri axtardığı müəyyən edilib. Tekirdağ Böyükşəhər Bələdiyyəsi Yanğından Mühafizə İdarəsi tərəfindən hazırlanan yanğın hesabatında yanğının qəsdən başladığı bildirilirdi. Hesabatda yanğının həm yataq otağında, həm də qonaq otağında ayrı-ayrı nöqtələrdə başladığı göstərilirdi. İttihamnamədə İnci Çalışkanın "qəsdən adam öldürmə", "soyğunçuluq" və "əmlaka zərər vurma" cinayətlərinə görə cəzalandırılması istənilirdi.

Prokurorluq qəsdən adam öldürmə cinayətinə görə ağırlaşdırılmış ömürlük həbs cəzası tələb edirdi. İşin ilk iclası 3 noyabr saat 09:30-da Tekirdağ 3-cü Ağır Cinayət Məhkəməsində keçiriləcək.

Aygün

Medicina.az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:191
embedMənbə:https://www.medicina.az
archiveBu xəbər 28 İyul 2026 23:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see356

İnsandan kif qoxusu gəlirsə, hansı xəstəliyi var?

23 Noyabr 2026 16:43see314

Səhiyyə Menecmenti Forumu 2026 a son 3 gün qaldı

23 Noyabr 2026 17:48see310

Ev təsərrüfatlarının uçotunun arxasında nə dayanır? Yeni sistemin əsl məqsədi

23 Noyabr 2026 16:16see307

Marketlər istədikləri qiyməti müəyyən edə bilməyəcək?

23 Noyabr 2026 17:32see280

Düz bağırsaq xərçənginin aşkar simptomları

23 Noyabr 2026 17:12see276

Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum oldu

23 Noyabr 2026 23:56see271

Fürsətçi… Yunus Oğuz yazır

23 Noyabr 2026 17:46see267

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see257

Dünya məktəbinin şagirdləri orbitə peyk buraxacaqlar FOTOLAR

23 Noyabr 2026 16:43see254

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see248

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see246

Adanın qəzaya düşərək həlak olduğu avtomobilin son halı Video

23 Noyabr 2026 22:01see232

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see231

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see227

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see226

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see220

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see215

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see213

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see211
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri