Icma.az
close
up
RU
Xalça Muzeyində Dualı Sultan köynəkləri adlı sərgi açıldı Foto

Xalça Muzeyində Dualı Sultan köynəkləri adlı sərgi açıldı Foto

Icma.az bildirir, Teleqraf.com portalına istinadən.

Azərbaycan Milli Xalça Muzeyində “Dualı Sultan köynəkləri” adlı sərgi açılıb.

Teleqraf.com xər verir ki, Yunus Əmrə İnstitutunun Bakı nümayəndəliyinin rəhbəri Səlçuk Karakılıç bu köynəklərin İslamdan əvvəlki türklərdən başlayaraq, Səlcuqlulara və Osmanlı İmperatorluğuna qədər uzanan köklü bir ənənə olduğunu və Osmanlı sultanlarının bunları geyindiyini bildirib: “Üzərində Məhəmməd peyğəmbərə ithaf edilmiş qəsidələrin, “Ayətül-kürsi” və “Müavvizəteyn” kimi müqəddəs mətnlərin yer aldığı köynəklər Osmanlı imperiyası dövründən bu günə qədər gəlib çatıb. Burada xəttat, elmlər doktoru Mehmet Vanlıoğlu, işıq üzrə rəssam Ayşe Vanlıoğlu və onların birgə çalışdığı komanda tərəfindən yaradılan, Osmanlı dövrünün tarixi koloritini əks etdirən 30-a qədər nümunə yer alıb".

Oxşar köynəklərdən birinin Azərbaycan Ədəbiyyat Muzeyində olduğunu və Qarabağ xanı Pənahəli xanın köynəyinin muzeydə sərgiləndiyini deyən Karakılıç Türkiyə ilə Azərbaycanın eyni tarixi, mədəniyyəti və inanc birliyinin konkret sənədi olduğunu bildirib.

Sərginin kuratoru Mehmet Vanlıoğlu sərginin əhəmiyyətindən danışaraq, on beş il boyunca sərgilərlə müntəzəm şəkildə məşğul olduğunu deyib.

Sərgi Mədəniyyət Nazirliyi, Bakı Yunus Əmrə İnstitutunun Bakı nümayəndəliyi və Azərbaycan Milli Xalça Muzeyinin təşkilatçılığı ilə gerçəkləşib.

Qeyd edək ki, sərgidə "Teleqraf" Media Qrupunun rəhbəri Aynur Camalqızı, millət vəkilləri Ceyhun Məmmədov, Elçin Mirzəbəyli, İlham Məmmədov, Pərvin Kərimzadə, Tamam Cəfərova, xalq artistləri Aygün Səmədzadə, Siyavuş Kərimi, Fidan Hacıyeva, Əməkdar artist Dilarə Əliyeva və bir çox qonaqlar iştirak ediblər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:217
embedMənbə:https://teleqraf.com
archiveBu xəbər 09 Dekabr 2024 15:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see370

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see241

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see238

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see236

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see230

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see230

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see226

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see224

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see224

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see223

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see220

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see215

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see210

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see210

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see208

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see208

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see208

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see208

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see205

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri