Icma.az
close
up
RU
Xalid Kərimli: Azərbaycan AİB in regiondakı əsas tərəfdaşına çevrilir

Xalid Kərimli: Azərbaycan AİB in regiondakı əsas tərəfdaşına çevrilir

Sherg.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Asiya İnkişaf Bankı (AİB) Azərbaycan üçün 2025-2029-cu illər üzrə yeni Ölkə Tərəfdaşlıq Strategiyasını (ÖTS) təqdim edib.

Strategiyada ölkənin inkişaf hədəflərinə nail olması üçün dəyərin yaradılması, inteqrasiya və dayanıqlılığın vacib amillər olduğu vurğulanır.

Qeyd edilib ki, beş il ərzində strategiya iki əsas istiqamətə - yaşıl və şaxələndirilmiş iqtisadiyyatın yaradılması və aşağı-karbonlu bağlantıların və inklüziv inkişafın təşviqinə yönələcək.

“AİB-Azərbaycan tərəfdaşlığında yeni mərhələyə qədəm qoyduğumuz bir dövrdə diqqətimizi dayanıqlı iqtisadiyyatın təmin olunmasına, özəl sektorun aparıcı olduğu iqtisadi artımın təşviq edilməsinə, maliyyə sektorunun gücləndirilməsinə və regional əməkdaşlığa töhfə verilməsinə yönəldirik,” – deyə AİB-in Azərbaycan üzrə ölkə direktoru Sunniya Durrani-Jamal bildirib.

"AİB uyğunlaşdırılmış strateji investisiyalar və birgə səylər vasitəsilə ölkənin inkişaf prioritetlərinə nail olmasına, regional təşəbbüslərin inkişaf etdirilməsinə və Azərbaycan xalqı üçün firavan gələcəyin qurulmasına dəstək verməyi hədəfləyir".

ÖTS Azərbaycanın milli inkişaf strategiyalarına uyğun şəkildə hazırlanıb və əsas çağırışların həllinə yönəlib, eyni zamanda yaşıl və dayanıqlı artım üçün imkanlardan istifadə etməyi nəzərdə tutur. Sənəd digər strateji prioritetlər də daxil olmaqla innovasiyaların, yüksək dəyərə malik məhsulların və xidmətlərin təşviq olunması, habelə peşəkar kadr potensialının inkişaf etdirilməsi vasitəsilə rəqabətqabiliyyətli iqtisadiyyatın formalaşdırılmasına diqqət ayıracaq.

İnkişafın təsirini ən yüksək səviyyəyə çatdırmaq məqsədilə ÖTS-nin nəticələri yalnız ÜDM-in artımı ilə məhdudlaşmır, eləcə də insanlar, ətraf mühit və digər qlobal ictimai mallar üçün faydalara yönəlir. Buna görə beşillik strategiyaya iqlim fəaliyyətini sürətləndirmək, fəlakət risklərinin idarəetməsini gücləndirmək, həmçinin gender bərabərliyi və rəqəmsal transformasiyada irəliləyişlər əldə etmək məqsədi daşıyan təşəbbüslər daxildir.

AİB Asiya və Sakit Okean regionunda dayanıqlı, inklüziv və davamlı inkişafı dəstəkləyən aparıcı çoxtərəfli inkişaf bankıdır. AİB üzv ölkələr və tərəfdaşları ilə birlikdə mürəkkəb çağırışları həll edərkən, insanların həyatlarını yaxşılaşdırmaq, keyfiyyətli infrastruktur qurmaq və planetimizi qorumaq üçün innovativ maliyyə alətlərindən istifadə edir və strateji əməkdaşlıqlardan yararlanır. AİB 1966-cı ildə yaradılıb, 50-i regiondan olmaqla bankın 69 üzvü onun səhmdarlarıdır.

İqtisadçı Xalid Kərimli “Sherg.az”a bildirdi ki, Azərbaycan Respublikasının Asiya İnkişaf Bankı (AİB) ilə strateji əməkdaşlıq münasibətləri davamlı şəkildə inkişaf etdirilməkdədir:


“Hazırda AİB-in Tiflisdə yerləşən regional qərargahının Bakıya köçürülməsi planlaşdırılır ki, bu da Bankın Azərbaycanla olan institusional əməkdaşlığının daha da dərinləşəcəyinə dair mühüm göstəricidir. Bu təşəbbüs, xüsusilə real sektorun maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsinə və yerli sahibkarlıq subyektlərinin likvidlik ehtiyaclarının qarşılanmasına şərait yaradacaq. Asiya İnkişaf Bankının bu istiqamətdə atdığı addımlar Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi, qeyri-neft sektorunun gücləndirilməsi və dayanıqlı inkişaf hədəflərinə çatmaq baxımından mühüm əhəmiyyət daşıyır. Eyni zamanda, bu qərar ölkənin regional maliyyə mərkəzi kimi mövqelərinin möhkəmlənməsinə dəstək verə bilər. Regional qərargahın Bakıda yerləşməsi, yerli və regional layihələrin daha operativ qiymətləndirilməsi və maliyyələşdirilməsi imkanlarını artıracaq. Bu, həmçinin Bankın texniki yardım və institusional potensialın gücləndirilməsi sahəsində həyata keçirdiyi proqramların daha effektiv icrasına xidmət edəcək. Azərbaycanda biznes mühitinin əlverişliliyinin artması AİB-in yerli partnyorlarla daha geniş əməkdaşlıq modelini tətbiq etməsinə şərait yaradır. Perspektivdə bu əməkdaşlıq formatı AİB-in özəl sektor üzrə kredit portfelində Azərbaycanın payının artmasına səbəb ola bilər. Nəticə etibarilə, AİB-in Azərbaycanla əməkdaşlığı dərinləşdirmək istiqamətində atdığı bu institusional addımlar, ölkənin maliyyə sektorunun beynəlxalq inteqrasiyasını sürətləndirməklə yanaşı, milli iqtisadiyyatın innovativ və dayanıqlı inkişafını təşviq edən mühüm faktorlardan birinə çevrilə bilər”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://sherg.az
archiveBu xəbər 29 İyul 2025 18:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri