Xalil Rauntri: Ən yaxşı UFC fanatları bəlkə də Bakıdadır
Icma.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.
"Azərbaycanda hər şey yüksək səviyyədədir. Mən deyərdim ki, ən yaxşı UFC fanatları bəlkə də Bakıdadır".
Oxu.Az xəbər verir ki, bunu iyunun 21-də Bakıda keçiriləcək "UFC Fight Night"in əsas döyüşündə iştirak edəcək Xalil Rauntri mətbuat konfransında deyib.
Məşhur UFC döyüşçüsü bildirib ki, döyüşə iki həftə qalmış Bakıya gəlib, gördükləri onu çox təəccübləndirib:
"Mənim ən yaxşı döyüşümü Bakıda görəcəksiniz. Mən hazırda bu döyüşü düşünürəm. Bu döyüşdə qələbə məni titula namizəd edəcək. Ona görə də sadəcə bu döyüşə fokuslanmışam".
Qeyd edək ki, iyunun 21-də ilk dəfə Bakıda təşkil olunacaq "UFC Fight Night"da gecənin əsas qarşılaşması yarımağır çəki çempionu Camal Hill ilə Xalil Rauntri arasında keçiriləcək.
Təhməz Əsədov
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:51
Bu xəbər 18 İyun 2025 12:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















