Xalq artisti bağ evini ucuz qiymətə SATIR: səbəbi ürək dağladı FOTOLAR
Publika.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Azərbaycanın Xalq artisti, tanınmış kino və teatr aktyoru, "Şöhrət" ordenli Hacı İsmayılov bağ evini satışa çıxarıb.
Publika.az xəbər verir ki, bu barədə o, özü bildirib.
Onun sözlərinə görə, Buzovna qəbəsində yerləşən bağ evini ötən ilin əvvəllərində həyat yoldaşının çoxdankı arzu-istəyi ilə alıb. Məqsəd isə xüsusən yay aylarında burada dincəlmək və istirahət etmək olub. Onlar mülkə sahibləndikdən sonra isti aylarda bir müddət bu evdə yaşayıblar.
Xalq artisti söyləyib ki, amma sonradan həyat yoldaşı dizindən əməliyyat olunub və artıq yerimə qabiliyyətini itirdiyi üçün bu bağa gəliş-gediş çətinləşib. O, bu səbəbdən bağ evini satmaq qərarına gəlib.
4,5 sot həyətyanı sahəyə malik olan bağ evi 3 yataq və 1 qonaq otağından ibarətdir. Evin həyətində nar, üzüm, tut, əncir və digər meyvə ağacları mövcuddur.
Xalq artisti Hacı İsmayılov bağ evini 80 000 manata təklif edir.
(İqtisadiyyat.az)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:80
Bu xəbər 12 Yanvar 2025 11:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















