Icma.az
close
up
RU
Xalq artisti: Bəziləri baş rolda oynamağımızı istəmir

Xalq artisti: Bəziləri baş rolda oynamağımızı istəmir

Icma.az, Yenisabah saytına istinadən bildirir.

Xalq artistləri Mənsum İbrahimov və Nəzakət Teymurova sosial şəbəkədə tənqid olunub. Buna səbəb hər ikisinin bu yaşda "Leyli və Məcnun"da baş rol oynamasıdır. 

Yenisabah.az qaynarinfo-ya istinadla xəbər verir ki, bu dəfə tamaşa Opera və Balet Teatrında deyil, Heydər Əliyev Sarayında təqdim olunacaq. 

İzləyicilər Xalq artistləri Mənsum İbrahimov və Nəzakət Teymurovanı gənclərə yol verməməkdə ittiham ediblər. Onlar hesab edir ki, hər iki sənət adamının bu obrazlarda oynamaq yaşı çoxdan keçib. Yəni bu obrazı oynayan sənət adamlarının yaşı 50-60 deyil, 20-30 arasında olmalıdır. 

Xalq artisti Nəzakət Teymurova Qaynarinfo-ya açıqlamasında bu məsələnin arxasında bəzi qüvvələrin olduğunu vurğulayıb:

"Bu tamaşa həmişə Opera və Balet Teatrında oynanılıb. Hər dəfə də tamaşaçılar bilet tapa bilmədiklərindən gileylənərək, tamaşanın 2-3 gün oynanılmasnı istəyib. Bu dəfə teatr rəhbərliyi tamaşaçının istəyini nəzərə alaraq, ilk dəfə "Leyli və Məcnun"un Heydər Əliyev Sarayında oynanılmasına qərar verdi. Biz də dövlətin teatrında işləyirik, rəhbərliyin qərarına sayğı duymalıyıq.

Tamaşa iyunun 6-da təqdim olunacaq. Bu tamaşa ilk dəfədir ki, Heydər Əliyev Sarayında oynanılacaq. Baş rollarda da Xalq artisti Mənsum İbrahimovla mən oynayacam. Mən də bizə qarşı aparılan qara kampaniyanı görürəm". 

Nəzakət Teymurova onlara qarşı aparılan bu kampaniyanın arxasında həmkarlarının olduğunu hesab edir:

"Öz həmkarlarımızdıe, yazdırırlar, Allah canlarını sağ eləsin. Yazsınlar da... Bizi gözü götürməyənlərdi, nə deyə bilərik. Biz haqqımızda yazılanları görürük, amma nə deyə bilərik ki? Rəhbərlik baş rola bizi məsləhət bilib. Bəzi adamlar bizim bu tamaşada baş rolda oynamağımızı istəmir. İstəməsinlər, xatırladım ki, biletlər satılıb, ancaq arxa yerlər qalıb. Bizi ancaq tamaşanın yaxşı keçəcəyi düşündürür".


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:97
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 04 İyun 2025 19:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see363

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see303

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see301

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see301

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see296

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see277

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see277

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see277

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see262

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see258

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see256

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see255

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see251

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see250

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see249

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see244

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see242

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see232

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see228

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri