Icma.az
close
up
RU
Xalq artisti: “Ənvər Həsənov kimi sənətkarlar ölməzdir”

Xalq artisti: “Ənvər Həsənov kimi sənətkarlar ölməzdir”

Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Ailəsinin faciəvi şəkildə həlak olması ona böyük təsir etmişdi. İçində hansı acıları yaşadığını bilmək çətin idi. O, gülümsəyirdi, müxtəlif rollar oynayırdı, amma daxilində bir insan kimi, ailə başçısı kimi böyük bir faciə yaşayırdı”.

Bunu “Cebheinfo.az”a açıqlamasında Azərbaycan Respublikasının Xalq artisti Rafiq Əzimov dünyasını dəyişən Ənvər Həsənovun vəfatı ilə bağlı deyib.

“Səhər tezdən bu xəbəri eşitdim. Bilirdim ki, o, ağır xəstədir, amma öləcəyinə inanmırdım. Çünki insultu mən də keçirmişəm. O, sağaldı, hamı sevindi, evinə qayıtdı. Sonra yenidən xəstəlik onu yaxaladı.

Reanimasiyaya yerləşdirildi, lakin daha sonra evə buraxıldı. O vaxt şübhələndim ki, vəziyyəti ağırdır və çox yaşamayacaq. Səhər saat dördün yarısı interneti açdım və başsağlığı mesajlarını gördüm, çox pis oldum. 

Ənvər Həsənov həqiqətən də əsl kino aktyoru idi. Rejissor Arif Babayev onu kəşf etmişdi. O, "Uşaqlığın son gecəsi" filmində canlandırdığı Murad obrazı ilə yaddaşlarda qaldı. Həmin filmdəki rolu mən səsləndirmişdim və bu gün fəxrlə deyə bilərəm ki, belə gözəl aktyorun ifasını səsləndirmək çox xoş idi. Bu da bir tarixdir”. 

Rafiq Əmizov həmkarının vəfatına çox üzüldüyünü qeyd edib:

"Biz ona "ceyran" deyirdik. Çünki o, çox cavan idi və yaratdığı obrazlarda xüsusi bir incəlik vardı. Gözəl insan, gözəl xarakter sahibi, əla yol yoldaşı, yaraşıqlı və sanballı bir bəy idi.

Hərtərəfli insan, hərtərəfli sənətkar idi“. Ənvər Həsənov 19 yaşında sənətə gəldi. "Torpaq. Dəniz. Od. Səma", "Dəli Kür", "Yeddi oğul istərəm", "Dədə Qorqud", "Dörd bazar günü", "Dərviş Parisi partladır" kimi filmlərdə gözəl obrazlar yaratdı. Başsağlığı mesajımda belə yazdım: "Böyük sənətkar, yaddaşlarda qalan, tamaşaçının sevimlisi olan, qəlblərə yol tapan aktyor Ənvər Həsənov".

Biz böyük sənətkarları bir-bir itiririk. Təəssüf ki, belə sənətkarlar nadir hallarda yetişir. Ona görə deyirlər, böyük sənətkarlar yaranır az-az,  hər yerdə, hər zaman inci tapılmaz. Ənvər də o incilərdən biri idi. 

Onun gözəl ailəsi vardı. Lakin ailəsinin faciəvi şəkildə həlak olması ona böyük təsir etmişdi. İçində hansı acıları yaşadığını bilmək çətin idi. O, gülümsəyirdi, müxtəlif rollar oynayırdı, amma daxilində bir insan kimi, ailə başçısı kimi böyük bir faciə yaşayırdı.

Mən yalnız onu deyə bilərəm ki, o, qəlblərdə daim yaşayacaq. Ənvər Həsənov kimi sənətkarlar ölməzdir. Onun adı Azərbaycan kinosunun tarixinə qızıl hərflərlə yazılacaq”.

Əfsanə Rəcəb
“Cebheinfo.az”

Açar sözlər: Xalq artisti Rafiq Əzimov Ənvər Həsənov

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:108
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 17 Mart 2025 17:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see223

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see187

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see164

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see158

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see158

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see156

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see150

Yaponların uzunömürlü olmasının səbəbi AÇIQLANDI

24 Dekabr 2025 01:01see149

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see148

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see142

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see137

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see136

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see135

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see133

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see132

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see132

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see132

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see132

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see129

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri