Icma.az
close
up
RU
Xalq artisti Firəngiz Şərifovanın anadan olmasından 102 il ötür

Xalq artisti Firəngiz Şərifovanın anadan olmasından 102 il ötür

Icma.az, Baku.ws portalına istinadən məlumat yayır.

Bu gün Xalq Artisti Firəngiz Abbasmirzə qızı Şərifovanın doğum günüdür. Onun anadan olmasından 102 il ötür.

Firəngiz Abbasmirzə qızı Şərifova 1924-cü il fevralın 6-da Bakı şəhərində doğulub.

Atası aktyor, teatr və kino rejissoru, Xalq artisti Abbas Mirzə Şərifzadə, anası Mərziyyə Davudova idi.

1931-1941-ci illərdə orta məktəbdə oxuyarkən Bakı Xoreoqrafiya Məktəbində də təhsil almışdır. O, 1941-ci ildə Azərbaycan Dövlət Konservatoriyasına daxil olmuş, 1947-ci ildə həmin ali məktəbin vokal fakültəsini bitirmişdir.

Əmək fəaliyyətinə Azərbaycan Musiqili Komediya Teatrında aktrisa kimi başlayan Firəngiz Şərifova 1949-1961-ci illərdə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında, 1961-1965-ci illərdə isə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında çalışmışdır. O, 1965-ci ildə yenidən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrına qayıtmış və 2011-ci ilədək taleyini bu sənət ocağı ilə bağlamışdır.

Milli teatrın və kinematoqrafiyanın inkişafında təqdirəlayiq xidmətləri olan Firəngiz Şərifova müasir Azərbaycan mədəniyyəti salnaməsində özünəməxsus yer tutan görkəmli sənətkarlardandır. Böyük səhnə ustaları Abbasmirzə Şərifzadə və Mərziyyə Davudovanın ailəsində zəngin teatr sənəti mühitində yetişərək o, çox sayda tamaşalarda və bədii filmlərdə canlandırdığı surətlər qalereyasını böyük ustalıqla güclü xarakterlər səviyyəsinə yüksəltməyə müvəffəq olmuşdur. Daxili zənginliyindən gələn səhnə mədəniyyəti və təkrarolunmaz fərdi ifadə üslubu Firəngiz xanıma sənətsevərlərin dərin rəğbətini qazandırmışdır.

Sənətin estetik prinsipləri əsasında Firəngiz Şərifovanın milli teatr səhnəsində istedadla yaratdığı rəngarəng rollar tamaşaçıların yaddaşında silinməz izlər qoymuşdur. O, özünün dramatik təbiəti və əlvanlığı ilə seçilən ifa tərzinə daim yeni-yeni çalarlar əlavə etmişdir. Sənətkar gənc tamaşaçıların bədii zövqünün formalaşdırılması və onların vətənpərvərlik ruhunda tərbiyə olunması işinə layiqli töhfələr vermişdir.

Firəngiz xanım "Qaraca qız", "Qərib cinlər diyarında", "Qətl günü", "Qonşu qonşu olsa", "Mən mahnı qoşuram", "Ömürdən uzun gecə", "Üzeyir ömrü" və s. filmlərdə yaratdığı maraqlı və yaddaqalan obrazları ilə tanınır.

Azərbaycan kinosunda Firəngiz Şərifovanın həyat verdiyi surətlər psixoloji dərinliyi, səmimiliyi və inandırıcılığı ilə səciyyələnərək, parlaq ekran obrazları olub uğurlu tale yaşamışdır. Aktrisanın müxtəlif televiziya tamaşalarında professionallıqla oynadığı rollar qiymətli sənət nümunələri olaraq milli televiziyanın fondunda qorunub saxlanmaqdadır. Onun sənətdə altmış ildən artıq bir dövrü əhatə edən mənalı yaradıcılıq yolu neçə-neçə gənc aktyorlar nəsli üçün əsl məktəbdir.

Firəngiz Şərifovanın Azərbaycan teatr və kino sənətinin inkişafı sahəsindəki mühüm xidmətləri yüksək dəyərləndirilmişdir. O, bir sıra mükafatlar və fəxri adlar almış, müstəqil Azərbaycan Respublikasının ali dövlət təltifi olan "Şöhrət" ordeninə layiq görülmüşdür.

Firəngiz Abbasmirzə qızı Şərifova 2014-cü il fevralın 20-də ömrünün 91-ci ilində vəfat etmişdir.

Qeyd edək ki, Firəngiz Şərifova həm də "Avroviziya 2011" mahnı müsabiqəsinin qalibi Eldar Qasımovun nənəsidir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:440
embedMənbə:https://baku.ws
archiveBu xəbər 06 Fevral 2026 10:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see304

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see290

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see268

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see266

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see261

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see259

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see258

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see249

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see240

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see239

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see233

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see225

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see222

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see221

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see219

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see217

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see217

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see217

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see212

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see203
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri