Xalq artisti gənclərdən gileyləndi: Həddinizi bilməlisiniz
Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Xalq artisti Səkinə İsmayılova açıqlaması ilə diqqət çəkib.
Oxu.Az "Olay"a istinadla xəbər verir ki, sənətçi bugünkü gənclərdən danışıb:
"Xanım xanım kimi olmalıdır, yerini bilməlidir. Danışığını, davranışını, böyük-kiçik yeri bilməlidir. Dinləməyin özü ən böyük mədəniyyətdir. Bugünkü gənclərin çoxu bunu bilmir. İllərdir dərsdən əvvəl bu mövzularda danışmışam ki, böyüyə, sənətkarlara hörmət etmək lazımdır. Onları görəndə qabağa keçib salam verməlisiniz. Yəni həddinizi bilməlisiniz. Vaxtım olanda efirlərə baxıram. Görürsən ki, böyük oturub, öz ustadının yanında ayağını aşırıb ayağının üstünə. Baxıram və düşünürəm ki, bu necə ola bilər? Ailədə valideyninə necə hörmət edirsənsə, ustadına da elə etməlisən. Ana-ata övladı dünyaya gətirir, amma ustadı onu göylərə qaldırır. Bu, bir filosofun sözüdür, özümdən demirəm. Ustad ondan vətənə yararlı vətəndaş yetişdiməyə çalışır. Bizim gözəl mədəniyyətimiz var. Mən sevinirəm ki, mənim müəllimim Rəşid Behbudov olub. O deyirdi ki, biz hansı ölkəyə gediriksə, öz ölkəmizin simasıyıq. Səhnə də bunu istəyir. Mən ustadlarımdan nə görmüşəmsə, onları da tələbələrimə öyrədim. Daşıdığınız muğam bunu tələb edir. Sən geyiminə diqqət etməli, davranışına fikir verməlisən. Muğama başqa cür yanaşmaq olmaz".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:50
Bu xəbər 23 Mart 2025 17:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















