Icma.az
close
up
RU
Xalq artisti Hacı İsmayılovun doğum günüdür

Xalq artisti Hacı İsmayılovun doğum günüdür

Icma.az, Gununsesi portalına istinadən məlumat yayır.

Bu gün Respublikanın Xalq artisti Hacı İsmayılovun doğum günüdür.

Gununsesi.info  xəbər verir ki, Hacı Məcid oğlu İsmayılov 1944-cü il yanvarın 22-də Bakı şəhərində anadan olub. 190 nömrəli orta məktəbdə təhsil alıb.

1963-cü ildə Mirzəağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olub.

1968-ci ildə Sumqayıt Dövlət Dram Teatrında işləməyə dəvət alan Hacı İsmayılov burada M.F.Axundovun “Müsyö Jordan və dərviş Məstəlişah” komediyasında “Məstəlişah”, C.Patrikin “Qəribə missis Səvic” dramında “Ceffi”, A.Papayanın “Bəli, dünya dəyişib” komediyasında “Səməndər”, C.Cabbarlının “Sevil” pyesinin tamaşasında “Məmmədəli bəy” rollarında çıxış edib.

H.İsmayılov 1970-ci ildən Akademik Milli Dram Teatrında çalışmağa başlayıb.

Aktyor “Azərbaycanfilm” kinostudiyasında ilk dəfə “Ad günü” filmində “Mustafa” rolunda çəkilib və bu rolla böyük uğur qazandığı üçün 1980-cı ildə Respublikanın Dövlət mükafatı laureatı adına layiq görülüb.

Bundan sonra “Bağlı qapı arxasında” (“Alik”), “Yol hadisəsi” (“Mürşüd”), “Ölsəm, bağışla” (“Tağı”), “Fəryad” (“Rövşən”), “Bəyin oğurlanması” (“Tağı”), “Özgə həyat” (“Qasımov”) filmlərində müxtəlif xarakterli rollara çəkilib.

Hacı İsmayılovun ən sevilən obrazlarından biri də, 1995-ci ildə Rasim Ocaqov tərəfindən çəkilən “Həm ziyarət, həm ticarət” filmində yaratdığı “Mustafa müəllim” olub.

Azərbaycan Dövlət Televiziyasında hazırlanan V.Səmədoğlunun “Yaşıl eynəkli adam” (“Qafar”), M.Süleymanlının “Fatehlərin divanı” (“Qazi”), Ü.Hacıbəyovun “Ordan-burdan” (“Qoçu Gülbala”), İ.Əfəndiyevin “Atayevlər ailəsində” (“Xurşid”), A.Məmmədovun “Kişilər” (“Səməndər”), A.Babayevin “Nekroloq” (“Fərəc”) və s. tamaşalarda dramatik və tipik obrazlar yaradıb.

Teatr və kino sahəsində qazandığı nailiyyətlərə görə, Hacı İsmayılov 17 may 1989-cu ildə “Azərbaycan Respublikasının Əməkdar artisti”, 19 dekabr 2000-ci ildə isə “Xalq artisti” fəxri adları ilə təltif olunub. Prezident təqaüdçüsüdür.

2024-cü iyulun 22-dən Azərbaycan Teatr Xadimləri İttifaqı İdarə Heyətinə sədrlik edir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:79
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 24 Yanvar 2025 02:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see302

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see241

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see221

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see219

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see192

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see191

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see174

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see174

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see166

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see166

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see157

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see156

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see156

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see155

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see155

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see153

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see149

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see148

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see147

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri