Icma.az
close
up
RU
Xalq artisti Həsən Məmmədov Unudulmaz obrazların yaradıcısı

Xalq artisti Həsən Məmmədov Unudulmaz obrazların yaradıcısı

Baku.ws portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycan kinosunun unudulmaz simalarından biri olan Həsən Məmmədov milli kinomuzda çoxlu yaddaqalan obrazlar yaradıb. Mirzə Səfər, Dədə Qorqud, Bəxtiyar, Qəmərlinski kimi personajlar onun aktyor ustalığının bariz nümunələridir. İlk dəfə "Böyük dayaq" filmində canlandırdığı Qaraş obrazı ilə kinoda öz güclü potensialını sübut edib. Onun yaratdığı rolların çoxu qəhrəman xarakteri ilə seçilib və tamaşaçıların yaddaşına həkk olunub.

Bu gün kino sənətinin inkişafında əvəzsiz xidmətləri olan Dövlət mükafatı laureatı, Xalq artisti Həsən Məmmədovun anım günüdür.

Görkəmli sənətkar 1938-ci il noyabrın 22-də Salyan rayonunda dünyaya gəlib. Orta məktəbi bitirdikdən sonra Bakı Dövlət Universitetinin (o dövrdə Azərbaycan Dövlət Universiteti) Fizika-riyaziyyat fakültəsinə qəbul olub. Lakin ikinci kursdan sonra təhsilini yarımçıq qoyaraq teatr sənətinə üz tutub. Bir müddət müxtəlif teatrların yardımçı heyətində çalışdıqdan sonra 1958-ci ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun Dram və kino aktyorluğu fakültəsinə daxil olub. Tələbəlik illərində fasilələrlə Dövlət Radiosunda diktor işləyib. 1962-ci ildə Mehdi Məmmədovun kursunu bitirərək Akademik Milli Dram Teatrına göndərilib. Burada fasilələrlə on il çalışıb və paralel olaraq kinoda da fəaliyyət göstərib.

Həsən Məmmədovun kino karyerası ildən-ilə yüksəlib. 1972-ci ildə "Azərbaycanfilm" kinostudiyasına işə qəbul edilib. Sonrakı illərdə həm teatrda, həm də kinoda parlaq obrazlar yaradıb. O, 1992-ci ildən ömrünün sonunadək Akademik Milli Dram Teatrında fəaliyyət göstərib.

Onun yaradıcılıq irsində "Böyük dayaq" (Qaraş), "Arşın mal alan" (Əsgər), "Gün keçdi" (Oqtay), "Arxadan vurulan zərbə" (Qəmərlinski), "Bir cənub şəhərində" (Murad), "Yeddi oğul istərəm" (Bəxtiyar), "Dədə Qorqud" (Dədə Qorqud), "Axırıncı aşırım" (Abbasqulu ağa), "İstintaq" (Murad) və daha onlarla filmdə canlandırdığı obrazlar xüsusi yer tutur.

Sənətkarın əməyi yüksək qiymətləndirilib. 1971-ci ildə Əməkdar artist, 1982-ci ildə isə Xalq artisti adına layiq görülüb. "İstintaq" filmindəki Murad roluna görə SSRİ Dövlət mükafatı, "Birisi gün gecə yarısı" filmindəki ifasına görə isə Azərbaycan Dövlət mükafatı ilə təltif olunub.

Azərbaycan teatr və kino sənətinə böyük töhfələr verən Həsən Məmmədov 2003-cü il avqustun 26-da vəfat edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:51
embedMənbə:https://baku.ws
archiveBu xəbər 26 Avqust 2025 10:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see176

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see174

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see168

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see157

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see151

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see143

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see136

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see134

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see132

Ermənistan neft məhsullarımızın pulunu belə ödəyir SXEM AÇILDI

10 Yanvar 2026 13:48see132

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see130

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri