Xalq artisti: Oqtayın yoxluğunu qəbul edə bilmirəm
Icma.az, Baku.ws portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Hər kəsin sevimlisi, Xalq artisti, kino və teatr aktyoru Vidadi Əliyev 80 illik yubileyini qeyd edir.
Baku TV bu münasibətlə sənətkarla görüşərək onun zəngin yaradıcılıq və həyat yoluna qısa da olsa nəzər salıb.
Xalq artisti bildirib ki, ömrü təlatümlərlə dolu keçib və bu səbəbdən 80 yaşa necə gəldiyini hiss etməyib. Ailəsindən danışan aktyor özünü sərt ata kimi xarakterizə edib:
"Uşaqlar qorxularından heç vaxt məndən heç nə istəməyiblər. İndinin özündə də bir şey lazım olanda, əvvəl Elçin anasına deyir, anası da mənə çatdırır".
Sənətkar söhbət zamanı mərhum övladı Oqtay Əliyevin itkisini də xatırlayıb.
Onun sözlərinə görə, həmin faciə həyatında dərin iz buraxıb:
"O itki mənə ağır zərbə oldu. Oqtayın yoxluğunu qəbul edə bilmirəm. Onun qəbrinin üstünə ən çox gedən mənəm. Gedəndə hamı məni qınayır ki, niyə molla aparmıram. Apara bilmirəm. Onun ölümünü qəbul edə bilmirəm. Gedirəm, şəklinə baxıram, danışıram, söhbət edirəm, sonra da çıxıb gəlirəm".
Ətraflı süjetdə:
Baxış sayı:54
Bu xəbər 02 Sentyabr 2025 08:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















