Xalq artisti piyadanı vurub hadisə yerindən qaçdı
Olay.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Xalq artisti piyadanı vurub hadisə yerindən qaçdı
Rusiyanın Xalq artisti Aleksandr Buynov piyada keçidində yaşlı qadını vurub.
OLAY yazır ki, iddialara görə, “Lexus LX” markalı avtomobili idarə edən 74 yaşlı müğənni nizamlanmayan keçiddə piyadaya diqqət yetirməyib.
61 yaşlı zərərçəkən bağlarının qopması ilə təcili xəstəxanaya yerləşdirilib.
Məlum olub ki, qəzadan sonra Buynov özünü avtomobilinə kilidləyib və zərərçəkmişdən üzr istəməyib.
Sənətçi ayıq olub və hadisədən dərhal sonra korporativ tədbirdə çıxış etməyə yollayıb.
Hadisə ilə bağlı “Super” nəşrinə danışan Buynov haqqında yayılan məlumatın yalnış olduğunu söyləyib:
“Şəhər qaranlığında avtomobilimlə qəza etdim. Maşında heç bir iz yoxdur. Mən yaxşıyam. Qadın yüngül xəsarət alıb: qançırlar, sol dizi zədələnib. Zərərçəkənin ailəsi ilə əlaqə saxlayacağam”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:72
Bu xəbər 27 Fevral 2025 13:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















