Icma.az
close
up
RU
Xalq artisti şagirdini məhkəməyə verdi 55 min manatlıq tələb

Xalq artisti şagirdini məhkəməyə verdi 55 min manatlıq tələb

"Ritm" qrupunun rəhbəri, Xalq artisti Natiq Şirinovun vaxtilə komandasında olan nağaraçı, "Amarok" zərb alətləri qrupunun rəhbəri Ramil Cahangirova qarşı məhkəmədə qaldırdığı iddia ilə bağlı yekun məhkəmə iclası keçiriləcək.

Teleqraf.com xəbər verir ki, bu barədə jurnalist Raminə Eyvazqızı sosial şəbəkə hesabında paylaşım edib.

Bildirilir ki, yekun iclas sabah Sumqayıt Şəhər Məhkəməsində keçiriləcək.

Xalq artisti bir ildir ki, məhkəmələrdə R.Cahangirovun onun patentləşdirdiyi qavaldaş maketini mənimsədiyini və ona uyğun özünə alət düzəltdiyini iddia edir. Bir neçə dəfə ekspertiza aparılsa da, konkret rəy və qərar verilməyib.

N. Şirinov qarşı tərəfə 55 min manatlıq təzminat iddiası qaldırıb.

seeBaxış sayı:90
embedMənbə:https://teleqraf.com
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri