Icma.az
close
up
RU
Xalq artisti Sevinc Heydərovadan 30 min manat tələb edib?

Xalq artisti Sevinc Heydərovadan 30 min manat tələb edib?

Icma.az, Yenigundem portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Estetik cərrah Sevinc Heydərova Xalq artisti Flora Kərimovanı ittiham edib. Həkim Flora Kərimovanın onu şantaj etdiyini açıqlayıb. Sevinc Heydərova bildirib ki, müğənni şantajla ondan 30 min manat istəyir:

“Flora xanımın məndən öncə kimlər gözünü əməliyyat edib, kimlər göz qapağını o hala salıb, açıqlasın. Hansı ixtisas həkimi, hansı məşhur həkimlər?  Mənim boynuma atmasınlar. O əməliyyatı endokrinoloq həkim edib, özü açıqlasın. Həmin həkim mən deyiləm. Mən endokrinoloq yox, nevroloq olmuşam. Mənim ixtisasımı dəyişməyə hüququm var. Flora Kərimova niyə təkcə məni məhkəməyə verir? Assistenti göndərmişdi öncədən ki, 30 min ver, verməsən, səni rüsvay edəcəyik. Bəlkə o həkimlər Flora xanıma müəyyən pul verib, ona görə onların adını çəkmir”.

Məsələ ilə bağlı Flora Kərimovanın vəkili Elçan Həsənli Qaynarinfo-ya açıqlamasında bildirib ki, Sevinc Heydərovanın şantaj kimi təqdim etdiyi 30 min manat məsələsi iddia tələbində göstərilib:

“Flora xanım deyir ki, mənim gözümə vurulan maddi ziyana görə 30 min manat təzminat ödənməlidir. Bu, şantaj deyil, məhkəmə qaydasında irəli sürülən iddia tələbidir. Biz məsələni şou halına çevirmək istəmirik. Ortada böyük fakt var. Biz məsələni hüququ prosedurlarla edirik. Hazırda Flora xanımın əməliyyatı ilə bağlı məhkəmə işi Ali Məhkəməyə göndərilib, kassasiya şikayəti verilib. Hələ bu iş yekunlaşmayıb. Yekun qərar verilməyib ki, Flora xanım kimin təqsirindən bu hala salınıb. İkinci vacib məsələ bizim Səhiyyə Nazirliyini məhkəməyə verməyimizdir”.

Elcan Həsənli bu məhkəmə prosesinin yanvar ayının 22-nə təyin edildiyini də vurğulayıb:

“Yəni, proses gedir, işlər yekunlaşmayıb. Yalnız yekun qərardan sonra nəsə fikir bildirmək olar”.

Qeyd edək ki, Xalq artisti Flora Kərimova 2021-ci ildə gözlərinin üstünü estetik əməliyyat etdirib. Əməliyyatı plastik cərrah kimi tanınan həkim Səbinə Heydərova edib. Müğənni əməliyyatdan sonra əks fəsadlarla qarşılaşıb, eyni zamanda gözlərinin görmə qabiliyyəti tamamilə zəifləyib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:155
embedMənbə:https://yenigundem.az
archiveBu xəbər 04 Dekabr 2024 15:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see202

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see190

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see184

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see169

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see164

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see151

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see150

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see150

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see147

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see145

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see145

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see145

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see141

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see133

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see129

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri