Xalq artisti Tarqovu da görüntüləndi Tanınmaz HALDA VİDEO
Icma.az, Milli.az saytına istinadən bildirir.
Xalq artisti Nazpəri Dostəliyeva yeni klipinin çəkilişləri üçün kamera qarşısına keçib.
Milli.Az xəbər verir ki, müğənni klip çəkilişlərini Bakının məşhur "Tarqovu" adlanan ərazisində - Nizami küçəsində həyata keçirib. Sənətçi çəkiliş zamanı fərqli imici ilə diqqət mərkəzinə düşüb.
Yayılan görüntülərdə Nazpəri Dostəliyevanın əvvəlki obrazından fərqli görünüşdə olduğu müşahidə olunub. Bu səbəbdən ərazidə olan bəzi insanlar və sosial şəbəkə istifadəçiləri müğənnini tanımaqda çətinlik çəkdiklərini bildiriblər.
Klip çəkilişləri zamanı "Tarqovu"dan keçən sakinlər maraqla izləyiblər. Kadrlarda sənətçinin yeni obrazı və fərqli üslubu xüsusilə diqqət çəkib.
Sosial şəbəkələrdə yayılan görüntülər qısa müddətdə izləyicilər arasında maraq doğurub və müzakirələrə səbəb olub. Bir çox istifadəçi Xalq artistinin yeni imicini bəyəndiyini qeyd edib.
Qeyd edək ki, Nazpəri Dostəliyeva tezliklə təqdim olunacaq yeni klipi ilə dinləyicilərinin qarşısına çıxmağa hazırlaşır.
Hüseyn
Milli.Az
Baxış sayı:153
Bu xəbər 14 Mart 2026 12:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















