Icma.az
close
up
RU
Xalq artisti Təranə Muradovanın yaradıcılıq gecəsi keçirildi

Xalq artisti Təranə Muradovanın yaradıcılıq gecəsi keçirildi

Icma.az, Adelet.az portalına istinadən məlumat verir.

Bakı Xoreoqrafiya Akademiyasının (BXA) Xarici əlaqələr üzrə  prorektoru,  Xalq artisti Təranə Muradovanın Heydər Əliyev Sarayında  yaradıcılıq gecəsi keçirilib.

Yubiley gecəsində BXA-nın rəhbərliyi, mədəniyyət və incəsənət nümayəndələri, xarici təhsil müəssisələrinin rəhbərləri, Mədəniyyət Nazirliyinin nümayəndələri, media üzvləri və digər qonaqlar iştirak ediblər.

Tədbirin əvvəlində Xalq artisti Təranə Muradovaya Mədəniyyət Nazirliyi, Bakı Xoreoqrafiya Akademiyası,  TÜRKSOY, Özbəkistan Dövlət Xoreoqrafiya Akademiyası, Qazaxıstan Dövlət Xoreoqrafiya Akademiyası, Türkiyə Dövlət Opera və Balet Baş İdarəsi, Gürcüstan Mədəniyyət Palatası tərəfindən təbrik ünvanlanıb. 

Təbrik zamanı T. Muradovanın Azərbaycanın rəqs mədəniyyətinə verdiyi töhfələrdən, sənətkarın sənət yolundan bəhs olunub. 

Ardınca isə akademiyanın tam orta təhsil pilləsinin şagirdlərinin, İncəsənət fakültəsinin, orta ixtisas təhsili pilləsinin tələbələrinin, Azərbaycan Dövlər Rəqs Ansamblının, Xalq artisti Təranə Muradova və digər incəsənət nümayəndələri tərəfindən Vasif Adıgözəlovun “Bayram suitası”, Qazaxıstan rəqsi “Jetigen”, Qara Qarayevin “Yeddi gözəl”, Qarabağ yallısı “Çeşmə başında”, Emin Sabitoğlunun “Ağ çiçəyim”,  Özbək rəqsi, “Qayıdan ritm”  və s. rəqs parçaları ifa olunub. 

Qeyd edək ki, konsert anşlaqla qarşılanıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:96
embedMənbə:https://adalet.az
archiveBu xəbər 26 Noyabr 2025 16:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri