Icma.az
close
up
RU
Xalq artisti Teyyub Aslanov ilə Gəncədə görüş keçirilib FOTOlar

Xalq artisti Teyyub Aslanov ilə Gəncədə görüş keçirilib FOTOlar

Milli.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin (MEMİM) təşkilatçılığı ilə "Sənətkarın dostu" layihəsi çərçivəsində növbəti görüş Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi və Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının dəstəyi ilə cari ilin 9 aprel tarixində Azərbaycan Respublikasının Xalq artisti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Muğam sənəti" kafedrasının müdiri, xanəndə Teyyub Aslanovun iştirakı ilə keçirilib. 

Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında baş tutmuş görüşdə MEMİM-in direktoru vəzifəsini icra edən Vüqar Hümbətov və Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin əməkdaşı Tacir Qurbanov iştirakçıları salamlayaraq layihənin mədəniyyətin təşviqi, uşaq və gənclərin yaradıcılığının stimullaşdırılması, regionlarda olan gənc istedadların aşkara çıxarılması, görkəmli mədəniyyət xadimləri ilə zəngin təcrübə mübadiləsinin təşkili məqsədilə həyata keçirildiyini vurğulayıblar.

Riad Cəbrayılovun moderatorluğu ilə baş tutan tədbirdə Teyyub Aslanov muğam ifaçılığı sənətinin tarixi və inkişaf istiqamətlərindən, muğam nümunələrinin əhəmiyyətindən, gənclər arasında sənətin təbliğindən və metodoloji əsaslı tədrisdən söhbət açıb.

Tədbirdə Gəncə, Goranboy, Samux rayonlarının Uşaq Musiqi Məktəblərində təhsil alan şagirdlər - İlahə Mehdiyeva, Rəvan Ağayev, Elxan Babazadə və Hüseyn Qələndərlinin ifasında müxtəlif muğam parçaları səslənib. 

Xalq artisti Teyyub Aslanov tələbəsi Ramil Hümbətli ilə birlikdə "Bayatı-şiraz" muğam dəstgahını ustad dərsi formatında təqdim ediblər. İfaçıları kamançada Əməkdar artist Toğrul Əsədullayev, tarda Ruslan Zərbalıyev müşayiət ediblər.

İnteraktiv formatlı görüşdə həmçinin Gəncə, Goranboy, Samux, Göygöl, Naftalan və Daşkəsən musiqi və incəsənət məktəblərinin şagirdlərini və müəllimləri maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, sözügedən tədbir MEMİM-in təşkilatçılığı, Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə 8-12 aprel tarixlərində Gəncədə "Mədəniyyət rüzgarı" tədbirlər proqramı çərçivəsində həyata keçirilib.

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:127
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 11 Aprel 2025 13:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see256

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see239

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see229

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see226

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see223

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see213

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see204

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see194

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see183

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see174

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see168

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see167

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see165

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see157

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see154

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see152

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see150

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see149

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see147

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see145
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri