Xalq artisti Tünzalə Ağayeva gənclərlə görüşdü FOTOLAR
Gununsesi saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Gənclər və İdman Nazirliyinin nəzdində fəaliyyət göstərən Binəqədi Gənclər Evinin təşkilatçılığı ilə “İmza saatı” layihəsi çərçivəsində Xalq artisti Tünzalə Ağayeva gənclərlə görüşüb.
Gununsesi.info xəbər verir ki, görüş, 12 avqust Beynəlxalq Gənclər Günü münasibəti ilə təşkil edilib.
İki saat ərzində davam edən tədbirdə iştirakçılar pop ulduza müxtəlif mövzularla bağlı suallar ünvanlayıb. Estrada ulduzu da öz növbəsində bütün suallara tam səmimi şəkildə cavab verib. Yaradıcılıq, musiqi, sənət, sosial mövzular ətrafında fikir mübadiləsi baş tutub. Tədbir zamanı gənclərin mədəni proseslərdə iştirakının vacibliyi, onların fikirlərinin, enerjisinin və baxışlarının müasir cəmiyyətin inkişafındakı rolu önə çəkilib. Eyni zamanda Xalq artisti gələcək planlarından və yeni layihələrdən danışıb. Yüksək enerji ilə davam edən səmimi görüşdə maraqlı anlar yaşanıb.
Sonda estrada ulduzu gənclərlə birlikdə “Sevdi can səni” hitini oxuyub və xatirə fotoları çəkdirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 12 Avqust 2025 20:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















